Anar Xəlilov: “Xalq müxalifəti cəzalandıracaq”
25 Yanvar 2019 12:03 Siyasət"Son hadisələr onu deməyə əsas verir ki, müxalifət sadəcə Mehman Hüseynov ətrafında baş vermiş hadisədən yararlanmağa çalışaraq dirilməyə cəhd kimi atdıqları yeni şou səhnəsi idi". Bunu Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, Mehman Hüseynov adı altında artıq çoxdan idi ki, xarici təşkilatların dəstəyi ilə sosial şəbəkələrdə gənclər arasında çaşdırıcı təxribat xarakterli fəaliyyət gedirdi: "Məhz bu xarici anti-Azərbaycan qurumlarının daha da aktivləşərək təzyiq metodlarına keçmələri bunları da məcbur etdi ki, aldıqları maliyyənin təsiri ilə mitinq təşkil etsinlər. Mitinqlərinin də şuarı Mehman Hüseynovla bağlı oldu. Lakin Mehman Hüseynovun Prezidentə məlum müraciətindən sonra ölkə başçısının buna dərhal reaksiya verərək, humanist addım ataraq müvafiq qurumlara göstəriş verməsi və başlanılan cinayət işinə barışıq yolu ilə xitam verilməsi bunların növbəti şou proqramların alt üst etdi. Bunlar Mehman Hüseynov həbs olunanda və ötən iki ildə niyə belə can fəşanlıq etmirdilər? Çünki bunlar heç vaxt tapşırıqsız addım atmırlar. Nə vaxt ki, Azərbaycana qarşı xarici təzyiq kompaniyaları işə düşür o zaman da bunlar aktivləşirlər. Bu zaman isə istər Mehman olsun istərsə də başqa birisi və ya hansısa şər böhtan fərq etməz tapşırıq gələn kimi hərəkətə keçirlər. İndi isə hər şey daha aydın Azərbaycan xalqına məlumdur. Niyə Mehman Hüseynov hadisəsi belə qabardılır? Niyə xaricdən təzyiqlər ard arda davam edir? Ona görə ki, artıq Azərbaycan dünya birliyinə Ermənistanın işğalçı olmasını sübut etmişdir. Artıq dünya birlikləri aparıcı siyasətçilər etiraf edirlər ki, Azərbaycan əraziləri işğal olunub və erməni silahlı qüvvələri bu ərazilərdən çıxmalıdır. Prezident İlham Əliyevin ordu quruculuğu sahəsindəki nailiyyətləri də göz qabağındadır. Artıq Azərbaycan ordusu əmri gözləyir və torpaqları azad etməyə tam hazırdır. Erməni və havadarları da bunu görür və əmindilər ki, tezliklə Azərbaycan ordusu əməliyyata başlayacaq. Bunun da qarşısını almaqda acizdilər. Belə vəziyyətdən çıxış yolu isə Azərbaycanı daxildən qarışdırmaq və vaxt qazanmaq. Necə ki buna ötən əsrin 90-cı illərdə nail olmuşdular. Lakin Azərbaycan xalqı artıq bu dərsi alıb xalq ayıqdır və bu cür təxribatlara getməyərək əksinə ona qarşı mübarizədə daha əzmlidirlər. İstər növbəti təzyiqlər olsun istərsə də hər hansı mitinqlər xalq öz dövlətinin və prezidentinin yanındadır. Bütün cəhdlər uğursuzluğa düçar olacaq. Mən sosial şəbəkələr vasitəsilə xaricdə olanlar vasitəsilə burada çaşdırılan bəzi gənclərimizə səslənirəm təxribatlara və hər hansısa çağırışlara uymayın əmin edirəm ki sizləri aldatmağa çalışaraq öz qara planlarında istifadə etməyə çalışırlar. Siz bu ölkənin vətəndaşı, olaraq əsgər olaraq onun inkişafında və tezliklə Qarabağın azad olunması əməliyyatlarında iştirak edəcək qəhrəman vətən övladlarısız. Bu gün Azərbaycanın hər sahədə güclü mövqeyini sarsıtmağa xidmət edən bütün hərəkətləri qətiyyətlə pisləyirəm. Hər birimiz bu gün Azərbaycanda yaradılan stabilliyi qorumalıyıq".
SİA