5 deputata yeni vəzifə verilir
24 Yanvar 2019 18:14 SiyasətFevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclası keçiriləcək."Olaylar"ın məlumatına görə, iclasda Milli Məclisin İntizam komissiyasının tərkibi yenidən formalaşdırılacaq. Belə ki, Milli Məclisin Daxili Nizamnaməsinə edilmiş son dəyişikliyə görə, parlamentin İntizam komissiyasının üzvlərinin də sayı artırılıb. Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib. Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilirdi. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb.
Məlumata görə, Milli Məclisin İntizam komissiyasının əvvəlki tərkibi dəyişdirilməyəcək.
İntizam komissiyasının tərkibinə yenidən deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafanın daxil ediləcəyi gözlənilir. Komissiyanın üzvlərinin sayı 11-ə çatdırıldığından daha yeni 5 yeni üzvün adı da məlum olub. Bunlar: Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kərimzadə və Fəzail İbrahimlidir.