Daxili siyasət

"Yeni dövlət proqramı insanların daha da yaxşı yaşamasına xidmət edəcək"

5 Fevral 2019 12:25

“Prezident İlham Əliyev tərəfindən regionların inkişafını əhatə edən proqramların qəbulu artıq ənənə halını alıb. Bu proqramların sayəsində ölkəmizin bütün bölgələrində məqsədyönlü işlər görülür”. Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Saxta profillərlə xalqı təhqir edənlər

5 Fevral 2019 11:28

Ağalarının sifarişini yerinə yetirənlərdir Gündəlik həyatımızın bir hissəsini təşkil edən sosial şəbəkələrdən bir çox məqsədlər üçün istifadə edilir. Çox təəssüf ki, son vaxtlar istər fərdi paylaşımlara, istərsə də qrup və ya toplum səyifələrdə paylaşımlara söyüş və təhqiramiz fikirlər, şərhlər yazılır. Vəziyyət o həddə çatıb ki, bu yolun yolçuları Azərbaycanın dövlət rəmzlərini, tanınmış ictimai-siyasi xadimləri belə təhqir etməkdən çəkinmirlər. Millət vəkili İlham Məmmədov qeyd edib ki, sosial şəbəkə insan həyatını yaxşılaşdıran, insanın

Şəhər və rayonlarda çoxmənzilli binaların dam örtüklərinin təmirinə maliyyə vəsaiti ayrılıb

4 Fevral 2019 18:24

Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İsa Həbibbəyli: "Prezident minlərlə şəhid ailəsinə sevinc bəxş etdi"

4 Fevral 2019 17:25

"Azərbaycan Prezidenti İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərmanı bu kateqoriyadan olan insanlara dövlət qayğısının daha bir nümunəsidir. Həm də, çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir". Bunu "Səs" qəzetinə açıqlamasında, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli Prezident İlham Əliyevin şəhid ailələrinə 11 manat vəsaitin ödənilməsi barədə imzaladığ Fərmana münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, onların mənzil və avtomobillərlə təmin olunması dövlət siyasətinin başlıca siyasi xəttidir: "Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərmanın da, məhz şəhid ailələrinə şamil edilməsi bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin doğum gününü məcburi köçkünlərlə keçirməsi isə, artıq ənənə halını alıb. Hər il Prezident İlham Əliyev Onun üçün əlamətdar olan gündə məcburi köçkünlər üçün tikilən yaşayış qəsəbələrinin açılışında iştirak edir. Prezident İlham Əliyev məcburi köçkünlərlə səmimi söhbət edərək, onların qayğı və problemləri ilə maraqlanır, onların həlli ilə bağlı yerindəcə müvafiq göstərişlər verir".

Millət vəkili: "Prezident İlham Əliyev Azərbaycan gəncliyinə çox güvənir"

4 Fevral 2019 16:29

Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı millətini və dövlətini sevən hər kəs üçün örnək olmalıdır. Bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.

Müxalifət çalışır ki, insanlar hökumətdən narazı qalsın

4 Fevral 2019 15:39

Dağıdıcı ünsürlər həssas insanların hissləri ilə oynamaqla məşğuldurlar

Prezidentdən gənclərə vacib mesajlar

4 Fevral 2019 14:44

Bütün kateqoriyadan olan vətəndaşlar kimi gənclər də hər zaman dövlətin, dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub, onlara xüsusi etimad göstərilib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət günümüzdə də uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 15 ildən artıq müddət ərzində gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığının, rolunun artması, onlara göstərilən yüksək etimad, gənclərin müntəzəm olaraq təltif edilməsi və s. fonunda bunu aydın görmək mümkündür.

"Arxamızda güclü Azərbaycan dayanıb"

4 Fevral 2019 12:57

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Gənclər Gününə həsr olunmuş tədbirdə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstündür deməsinin əsasında gənclərimizin vətənpərvər, bilik, savad və milli təfəkkürlü olması dayanır”. Bunu millət vəkili Azər Badamov deyib.