Daxili siyasət
"Azərbaycançılıq ideologiyası özündə bütün elementləri birləşdirib"
133 bələdiyyə sədri cəzalandırıldı
2018-ci ildə bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.
Əli Həsənov: "Azərbaycan bölgədə ən fəal gənclər siyasəti yürüdən ölkədir"
Deputat: “Hər kəsin vətəndaşlıq borcudur ki, dövlətin, onun başçısının şərəfini qorusun”
“Azərbaycan Prezidentini təhqir etmək əslində xalqı, dövləti təhqir etməkdir”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Sadıqov deyib. Millət vəkili bildirib ki, ona görə də hər kəsin vətəndaşlıq borcudur ki, dövlətin, onun başçısının şərəfini qorusun: “Bu oyunbazlar yaxşı bilirlər ki, bu yolla nəyəsə nail ola bilməyəcəklər. Ona görə də təhqirə, böhtana keçiblər. O insan ki, başqasının ailə üzvünü təhqir edir, deməli, heç özününkünün də qədrini bilmir. Ona görə də biz dövlət başçısına qarşı aparılan çirkin kampaniyaya qarşı ciddi mübarizə aparmalıyıq”.
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub
“Bu əxlaqsızlığa son qoyulmalıdır”
"Bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan Prezidentinə qarşı əxlaqsızlıq nümayiş etdirir. Azərbaycan gücləndikcə, Prezident İlham Əliyevin müstəqil siyasəti dəstək qazandıqca bu hücumlar artır. Onlar bu işdə bizim marginallardan istifadə edirlər”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib: “Bu əxlaqsızlığa son qoyulmalıdır. Azərbaycana qarşı istənilən çirkin kampaniya iflasa məhkumdur. Çünki ulu öndər Heydər Əliyev bu dövləti yaradanda onun fundamentini çox möhkəm qoyub. Ona görə də həmin çirkin qüvvələr bilsinlər ki, bu dövləti sarsıda bilməzlər, Azərbaycan öz inkişaf yolu ilə daim irəli gedəcək”.
Milli Məclis fevralın 12-də yığışacaq
Transplantasiya məsələləri qanunla tənzimlənəcək
Baş nazir parlamentdə hesabat verəcək
Şəhid ailələrinə qayğı Azərbaycan dövlətinin önəmli prioritetdir
Ziyad Səmədzadə: “Şəhidlər adından siyasi xal toplamaq üçün yanlışlığa və günaha yol verirlər”
Bizi istəməyən qüvvələr anti-Azərbaycan koalisiyasında birləşiblər
Fəzail Ağamalı: “Onların mövqeyini alt-üst eləməliyik” Məlum olduğu kimi bir sıra Avropa təşkilatları Azərbaycana qarşı ikili standartlar nümayiş etdirilər. Azərbaycan ictimaiyyəti isə bu qərəzli mövqeyə adekvat cavab verməyin tərəfdarıdır. Maraqlıdır, yaranmış vəziyyət ölkəmizlə sözgedən təşkilatlar arasında münasibətlərin soyumasına səbəb ola bilərmi? Müsahibimiz millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır.
Xalq arasında radikalların heç bir sosial dayaqları yoxdur
İnsanlar müxaliflərin yalanlarına yox, ölkəmizdə həyata keçirilən inkişaf və quruculuq siyasətinə inanır Gənclər bir qayda olaraq cəmiyyətin aparıcı təbəqəsi, hissəsi hesab olunur. Adətən bütün zamanlarda gənc nəsil bu və ya digər ölkələrdə cərəyan edən proseslərin əsas lokomotivi rolunu oynayır. Azərbaycanda da eyni proses davam edir. Burada xüsusi diqqət çəkən məqamlardan biri isə ondan ibarətdir ki, gənclərə diqqət və qayğı Azərbaycanda özünü daha qabarıq şəkildə göstərir. Dövlət və xüsusilə də dövlət başçısı səviyyəsində gənclərə göstərilən diqqət və qayğının ən bariz nümunəsi bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə gənclərin toplantısının keçirilməsi oldu.

.jpg)
.jpg)





.jpg)

.jpg)
.jpg)

