Milli Məclis fevralın 12-də yığışacaq

Milli Məclisin növbəti plenar iclası fevralın 12-də keçiriləcək. "Olaylar" xəbər verir ki, yaxın günlərdə işlasın gündəliyi təsdiq ediləcək. Məlumatda o da biddirilir ki, fevral ayının 22-də parlamentin daha bir iclası keçiriləcək. Mart ayının 5-də və 15-də isə parlamentin növbəti plenar iclaslarının keçirilməsi gözlənilir. Martın 15-də keçiriləcək plenar iclasda Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31