Deputat: “Hər kəsin vətəndaşlıq borcudur ki, dövlətin, onun başçısının şərəfini qorusun”
“Azərbaycan Prezidentini təhqir etmək əslində xalqı, dövləti təhqir etməkdir”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Sadıqov deyib. Millət vəkili bildirib ki, ona görə də hər kəsin vətəndaşlıq borcudur ki, dövlətin, onun başçısının şərəfini qorusun: “Bu oyunbazlar yaxşı bilirlər ki, bu yolla nəyəsə nail ola bilməyəcəklər. Ona görə də təhqirə, böhtana keçiblər. O insan ki, başqasının ailə üzvünü təhqir edir, deməli, heç özününkünün də qədrini bilmir. Ona görə də biz dövlət başçısına qarşı aparılan çirkin kampaniyaya qarşı ciddi mübarizə aparmalıyıq”.
5 Fevral 2019 16:18 Siyasət"Azərbaycan Prezidentini təhqir etmək əslində xalqı, dövləti təhqir etməkdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Sadıqov deyib. Millət vəkili bildirib ki, ona görə də hər kəsin vətəndaşlıq borcudur ki, dövlətin, onun başçısının şərəfini qorusun: "Bu oyunbazlar yaxşı bilirlər ki, bu yolla nəyəsə nail ola bilməyəcəklər. Ona görə də təhqirə, böhtana keçiblər. O insan ki, başqasının ailə üzvünü təhqir edir, deməli, heç özününkünün də qədrini bilmir. Ona görə də biz dövlət başçısına qarşı aparılan çirkin kampaniyaya qarşı ciddi mübarizə aparmalıyıq".
Deputat Aqil Abbas isə deyib ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri bu işlərlə ciddi məşğul olmalıdırlar: "Səfirliklər fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan dövlətinin, Prezidentinin əleyhinə təhqirlər yazan şəxslərlə bağlı məlumat hazırlayıb, həmin dövlətlərin hüquq-mühafizə orqanlarına təqdim etməlidirlər".