Baş nazir parlamentdə hesabat verəcək
5 Fevral 2019 14:38 SiyasətAzərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun Milli Məclisə hesabat verəcəyi tarix müəyyənləşib. "Olaylar" xəbər verir ki, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı martın 15-də Milli Məclisdə dinləniləcək. Belə ki, həmin gün keçiriləcək plenar iclasda Novruz Məmmədov Baş nazir təyin olunduqdan sonra ilk dəfə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq. Hesabatın mart ayının əvvəlindən tanışlıq üçün Milli Məclisə təqdim olunaraq, deputatlara paylanılması nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31