Vaqif Əsədovun yerinə TƏYİNAT

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.

Olaylar.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi təyin edilib.

Polis kapitanı Toğrul Nəsirli yeni təyinatı ilə bağlı məlumatı təqsdiqləyib.

Qeyd edək ki, adıçəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib.

Vaqif Əsədovun yerinə TƏYİNAT (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31