Hesablama Palatası ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına öz töhfəsini verə bilər
14 Aprel 2021 10:37 Daxili siyasətÖtən 2020-ci il xalqımız və dövlətimiz üçün bir sıra vacib hadisələrlə yaddaşlarda qaldı. Xalqımız Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ-Vətən Müharibəsində möhtəşəm Qələbəni çox böyük coşqu ilə yaşadı, doğma Qarabağımız işğaldan azad olunaraq Azərbaycanın suverenliyi bərpa edildi.
Bu istiqamətdə Hesablama Palatası tərəfindən 2020-ci ildə başa çatdırılmış auditlərin nəticəsi olaraq 400-dən çox nöqsan müəyyən edilmişdir. Bu nöqsanların təqribən 60 faizə yaxın hissəsi əsasən büdcə qanunvericiliyinin pozulması ilə bağlı hallardır ki, göstərilən səylər nəticəsində 50 mln. manatdan çox vəsaitin dövlət büdcəsinə geri qaytarılması diqqətəlayiq məqamdır.
Qeyd edək ki, ötən il Hesablama Palatasının "2018-2020-ci illər üçün Strateji İnkişaf Planı" başa çatmış, 2021-2025-ci illərdə fəaliyyəti əhatə edən yeni Strateji Plan qəbul edilmişdir. Bu Plan Hesablama Palatasının fəaliyyətinin yeni qlobal çağırışlara uyğun qurulmasında prioritet rol oynamaqla vətəndaşların həyat səviyyəsinin və rifah halının yüksəldilməsi prinsiplərinə əsaslanmışdır.
Hazırda Hesablama Palatasının fəaliyyətinin əsas prioritet istiqaməti dövlət maliyyəsinin idarəetməsində səmərəliliyin (DİM8), hesabatlılığın və şəffaflığın inkişaf etdirilməsində (DİM16) və vətəndaşların mənafeyi naminə dövlət vəsaitlərinin effektiv idarə edilməsində (DİM8 və DİM16) mühüm rolunu daha da artırmaq və öz funksiyalarını hərtərəfli yerinə yetirməsinin təmin olunması və gücləndirilməsi üzrə zəruri addımlar atmaqdır. Palatanın fəaliyyətin əsas istiqamətlərinin 2030 Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri ilə üstüstə düşməsinə baxmayaraq, 2021-2025-ci illər Hesablama Palatasının Strateji Planının əsas gözləntilərinin təhlilində təkmilləşdirilməli olan bəndlər arasında Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərinin olmaması diqqəti cəlb edir.
Bu baxımdan, dövlət qurumlarının dövlət vəsaitinin idarə və istifadə edilməsi sahəsində hesabatlılığının, şəffaflığının, Parlamentin müasir çağırışlarına uyğun şəkildə icra etmək üçün ölkəmizin də fəallıqla qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinin daha da güçlənməsinə stimul verəcəkdir. Xüsusilə də, DİM16, DİM8, DİM2, və DİM1 hədəflərinə nail olmaq istiqamətində qurumun nəzarəti əvəzolunmaz təsirə malikdir.
Fəaliyyəti dövlət vəsaitlərinin hüquqi aktların tələblərinə uyğun daha səmərəli və qənaətli istifadəsinin təmin edilməsi olan bir qurum kimi Hesablama Palatasının Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərini gücləndirməsi, qlobal çağırışlara daha uyğun və operativ qurulması DİM-lərin icrasında qabaqcıl olan ölkəmizin inkişafının daha dayanıqlı və innovativ olmasına dəstək olacaqdır.
Məzahir Əfəndiyev