BDU-da  “Fizikaya müasir baxış” adlı beynəlxalq konfrans

Aprelin 20 –də Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkəsi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki,  konfransın plenar iclasını BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq onun işinə uğurlar arzulayıb.

Aprelin 20 -də Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET -Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkəsi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Universitetdən "Olaylar" - a bildirilib ki,  konfransın plenar iclasını BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq onun işinə uğurlar arzulayıb.
Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktor müavini Aleksandır Ruzayev, Ankara Universiteti Fizika fakültəsinin dekanı, professor İman Əsgərzadə, Yaponiyanın Hirosima Universitetinin professoru Tomohiro İnagaki, Polşanın Lyublin Universitetinin professoru Miroslav Kulik, Ali Attestasiya Komitəsinin sədr əvəzi, AMEA-nın müxbir üzvü Vəli Hüseynov,  Pakistanın Komsats İnstitutunun professoru Arşad Salim Bhathi də çıxış edərək konfransın işinə uğurlar arzulayıblar. Konfrans işini Nanotexnologiyalar və materialşünaslıq, Opto-nano elektronika, Nəzəri, riyazi və yüksək enerjilər fizikası, Biologi və tibbi fizika, Kondensləşmiş mühitlər fizikası, Astrofizika bölmələrində davam etdirib. İki gün davam edəcək konfransda 130-dək məruzə dinləniləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31