Yaponiyada Dünya azərbaycanlıları ilə bağlı kitabın təqdimatı keçirilib

Yaponiyanın paytaxtı Tokio şəhərinin Otaku bölgəsində yerləşən məktəbdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının prezidenti Əlibəy Məmmədov tərəfindən Azərbaycanla bağlı növbəti seminar keçirilib.

Yaponiyanın paytaxtı Tokio şəhərinin Otaku bölgəsində yerləşən məktəbdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının prezidenti Əlibəy Məmmədov tərəfindən Azərbaycanla bağlı növbəti seminar keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, seminarda ümumilikdə 120 məktəbli və 10 müəllim iştirak edib. Seminarda diaspora rəhbəri Azərbaycanın qədim tarixi ənənələri, mədəniyyəti, müasir siyasi həyatı ilə bağlı geniş məlumat verib. Seminar zamanı "Tərəqqi" medalı ilə təltif edilmiş araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin müəllifi olduğu "Dünya Azərbaycanlılarının Palitrası" kitabının təqdimatı olub. Ə. Məmmədov qeyd edib ki, kitabda Azərbaycan diasporu bir növ simvolik olaraq zaman-zaman milyonlarla hissələrə bölünmüş və dünyaya səpələnmiş vahid bədənin ürəyi kimi ifadə olunur. Seminarda kitabla və Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31