I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilir

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, AMEA Folklor İnstitutu və Ağsu rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Ağsu rayonunun Gəgəli kəndində I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirilir. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, martın 18-dək davam edəcək festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Orta Əsr Ağsu şəhəri turuna qatılmaq mümkündür. Kənd evlərində yerləşən festival iştirakçıları kənd mətbəxini dadacaq, kənddən və tədbirdən maraqlı fotolar çəkəcək, folklor araşdırması aparacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31