Ağacəkmə aksiyası keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan "Tut bağları - mirasımızdır" ağacəkmə aksiyası keçirilib. Miras İctimai Birliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, Ağsu rayonu Ülgüc kəndi yaxınlığındakı Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi mühafizə zolağında keçirilən ağacəkmə aksiyasında 200-dən çox tut ağacı tingi könüllü Miras üzvləri və Xəzər Universitetinin tələbələri tərəfindən əkilib. Aksiya Miras İctimai Birliyinin 2014-cü ildə həyata keçirdiyi Təmiz Kənd layihəsinin davamı olaraq ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı məqsədi daşıyır. Ağacəkmə aksiyasına Ağsu rayonu İcra hakimiyyəti, Ağsu şəhəri Bələdiyyəsi və Ağsu arxeoloji ekspedisiyası dəstək verib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31