Fazil Mustafa vətəndaş qəbulu keçirib
7 Aprel 20:44 Siyasət26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birlklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı şəhəri, Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib. Qəbulda seçicilərlə yanaşı digər rayonlardan gələn vətəndaşlar da iştirak edib.
Görüş zamanı deputat vətəndaşların problemlərini fərdi qaydada, diqqətlə dinləyib, onları rahatsız edən məsələlərlə yaxından tanış olub.
Seçicilərin qaldırdığı məsələlər əsasən məşğulluq, mənzil, torpaq, məhkəmə qərarlarının icrası, aliment və digər sahələri əhatə edib.
Vətəndaşları rahatsız edən problemlərin bir qismi qəbul zamanı, yerindəcə həll edilib. Qəbul iştirakçılarıın diqqətinə çatdırılıb ki, digər məsələlərin həlli üçün qanunvericiliyə uyğun olan tədbirlər görüləcək və bununla bağlı aidiyyəti üzrə müraciət məktubları göndəriləcək.