Ermənistanın təxribatları və regiondakı gərginlik- ÖZƏL

"Bugün Ermənistana ağır hücum silahları verən Fransa və bütövlükdə Ermənistanı silahlandıran beynəlxalq güc faktorları Cənubi Qafqaz regionunda sabitliyin əleyhinə fəaliyyət göstərirlər. Azərbaycanla Ermənistan arasında əldə ediləcək sülh sazişindən bir çox dövlətlər ciddi formada narahatlıq keçirir". 

Politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bu fikirləri bildirib. Qeyd edib ki, Ermənistanın təxribatçı addımları yeni müharibə ssenarisi hazırlığından xəbər verir:

"Bu dövlətlər bütün  vasitələrdən istifadə edərək Ermənistanı Azərbaycan əleyhinə təxribatlara cəlb edirlər. Ermənistanın son dövrlərdə Azərbaycanla sərhədlərdə provokasiyalar törətməsi də Ermənistanın növbəti müharibə ssenarisinə hazırlaşdığını göstərir. Bütün təhlillər, Ermənistanın atdığı son təxribatçı addımlar onu söyləməyə əsas verir ki, aprel ayında Ermənistan Azərbaycana qarşı yeni eskalasiyalar həyata keçirə bilər. Təbii ki, bu eskalasiya ssenarisinin arxasında o dayanır ki, Azərbaycanla Ermənistan arasında razılaşmanın olmasını istəməyən qüvvələr var. Onlar ciddi cəhdlərlə çalışırlar ki, bu bölgədə gərginlik olsun. Təəssüflər olsun ki, Ermənistanın indiki hakimiyyəti də əvvəlki revanşist hakimiyyətdən fərqli davrana bilmir. Ermənistan hakimiyyəti yaxşı başa düşür ki, Ermənistanın iqtisadi , siyasi və hər mənada nicatı yalnız Azərbaycanla normal münasibətlər sistemi qurmaqdan asılıdır. Amma Ermənistan bütün addımları ilə bu barışıq, sülh mühitindən nə qədər uzaq olduğunu, normal dövlətlərarası münasibətlər sisteminin formalaşmasında maraqlı olmadığını göstərmiş olur. Hər bir halda Ermənistanın indiki hakimiyyəti və arxasında duran havadarlar Ermənistanı Azərbaycan əleyhinə qızışdırmağa, yeni təxribatlar törətməyə məcbur edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31