Dövlət rəhbərinin şəxsiyyətinin və nüfuzunun qorunması məsələləri-dəyərlər məcmusu

Şəxsiyyət elə bir dəyərdir ki, insanın həyatda mənliklə, özünüifadə və özünütəsdiqlə  yaşamasını təmin edir.  Şəxsiyyət amili nufuz amili ilə sıx bağlıdır. Maddi-mənəvi təminat insan şəxsiyyətini tamamlayır, zənginləşdirir, tərkibini müəyyən edir. Şəxsiyyət zəifliyi yarımçıqlığı, natamamlığı, qeyri-yetişkənliyi və bu baxımdan  da mənəmliyi, yəni təkəbbürü, lovğalığı, özünü dartmanı, təkəbbürü ifadə edir. Dövlət və yetkin cəmiyyət adətən özündə zənginliyi əks etdirir. Ruhun təkmil olması, mənəvi elementlərin bolluğu, harmoniyası özlüyündə təkmil, bitikin şəxsiyyəti meydana gətirir. İnsan şəxsiyyətinin təkmilləşməsində  onun bilik və bacarığı, istedadı, qabiliyyəti, davranışını təmin edən digər müsbət və əxlaqi, estetik keyfiyyəti mühüm rol oyanır. Dövlət rəhbəri ali bir statusdur, mövqedir. Uca zirvədir. Onun mənliyi həm fərdidir, həm də ictimai və bəşəridir. Bu yöndə şəxsiyyəti daha da təkmildir, ucadır, pozitiv elementlərlə doludur. Dövlət rəhbərinin əxlaq kodeksi daha konseptaualdır. O, özündə ölçülüb-biçilmiş, ehtiyat tələb edən daha ciddi elementləri, tələbləri əks etdirir. Dövlət rəhbəri cəmiyətin, xalqın, xalqın siyasi kompleksinin, dövlətinin ali təmsilçisidir. Bu yöndə onun şəxsiyyəti xalqa, xalqın da şəxsiyyəti ona bağlıdır.    

Dövlət cəmiyyətə, insanlara, xalqa Allah tərəfindən bəxş olunmuş bir kompleks ənamdır, hədiyyədir. Dövlət sosial-rifah və zəmanət üçün irsi bir varlıqdır.   Dövlət insanın, xalqın, toplumun fərdi və universal, kollektiv, razılaşdırılmış konsepsiyasıdır. Razılaşdırılmış ortaq bir qurumdur.   Dövlət cəmiyyəti ağuşuna alır, cəmiyyətdən mənbə götürür, öz xidmətlərini də cəmiyyətə, konkret olaraq insana yönəldir. Dövlət bu yöndə mədəniyyət subyektidir. Xalqın mədəniyyətinin nəticəsidir. Mədəniyyətdə ədəb-ərkanlı davranış, nəzakətli, səmimi ünsiyyət, şəffaf və ədalətli əlaqə mövcuddur.   Dövlətin borcudur ki, öz ləyaqətini qorusun. Həmçinin borcudur, vəzifəsidir ki, xalqın ləyaqətini qorusun. Elə bir siyasət yeritsin ki, maddi və mənəvi amillər şəxsiyyətin qorunmasına yönləndirilsin. Həmçinin haqqıdır və səlahiyyətidir ki, nüfuzuna xələl gətirən, təhqiredici və destruktiv  elementləri zərərsizləşdirsin.  Dövlət milli və dünyəvi, bəşəri ruhu özündə təcəssüm etdirir, insani dəyərləri və keyfiyyəti məcmulaşdırır.  Çünki özündə bu kimi elementləri canlandırır. Dəyərləri izhar edir və ifadə edir.  Dövlətin hüquq sistemi insan hüquqlarının müdafiəsini və təminatını özündə əks etdirir. Dövlətin nüfuzu, şərəfi, ləyaqəti onun tərkibini təşkil edən elementlərin, subyektlərin, tərkib ünsürlərinin mənəvi tərkibi ilə həmahəngdir, sintez təşkil edir.    Dövlət rəhbəri təmsil etdiyi xalqın, müvəkkili olduğu cəmiyyətin və dövlətin mənasını özündə daşıyan yekunlaşdırıcı, yekdil qərarverici şəxsdir. Bu yöndə ciddi nüfuz sahibidir və xalqın mədəniyyətinin vahid daşıyıcısıdır. Ümumini fərdi olaraq özündə təkmilləşdirən vahiddir. Bu baxımdan da şəxiyyəti çox güclüdür, qorunmasına böyük ehtiyac var. Onun şəxsiyyəti xalqın şəxsiyyəti ilə bağlı olduğundan, kövrəkliyə səbəb ola biləcək mənfi ünsürlər ondan kənar olmalıdır. Bu yöndə haradasa sərhədlənmiş şəxsiyyət areanasına, müstəvisinə sahibdir.          

Dövlət rəhbərinin şəxsiyyəti, ləyaqəti və mənəviyyatını təşkil edən elementlər  xalqın özü tərəfindən qorunur. Həm də şəxsiyyətin tamamlanması üçün xalq tərəfindən təmin edilir. Xalq öz hakimiyyət qurumları, strukturları və siyasət institutları vasitəsilə dövlət rəhbərinin şəxsiyyətini qoruyur və təmin edir. Bu təminatın hüquqi və normativ əsasları  baza olaraq konstitusiyada isbat olunur.   Dövlət rəhbərinin şəxsiyyəti konstitusiya və digər qanunvercilik aktları ilə, eləcə də beynəlxalaq hüquq normaları ilə qorunur və təmin edilir. Hüquq normaları dövlət rəhbərinin şəxsiyyətini müəyyən edən elementlərin təsnifatını meydana gətirir. Xalqı daxildə və beynəlxalq müstəvidə dövlət rəhbəri təmsil edir. O, xalqın seçimidir. Xalq və dövlət adından çıxış edir. Xalqını və dövlətinin sübuta yetirir və ifadə edir. Dövlət rəhbəri öz şəxsiyyətini həm ümumi amillərlə, həm də məxsusi qaydada,  postuna, vəzifəsinə, mövqeyinə görə müəyyən edir. Dövlət rəhbəri xalqın təmsilçisidir, xalqın etibar olunmuş vəkilidir. O, ümumini fərdi qaydada əks etdirən ictimai və siyasi təmsilçidir. Dövlət rəhbəri şəxsində xalqın elementlərini ehtiva edir, məcmulaşdırır.

Dövlət rəhbərinin şəxsiyyətinin əsas zəmanətçisi onun təmsil etdiyi tərəfdir. Dövlət rəhbəri xalqa və onun dövlətinə arxayındır. Eləcə də dövlətlər birliyinə söykənir. Çünki dünya hüquq sisteminin bir vəzifəsi də  dövlət rəhbərinin immunitet və imtiyazlarını təmin etməkdən ibarətdir.  O, şəxsiyyətinin qorunması, nufuzuna hörmət olunması haqqına malikdir. Dövlətin şəxsiyyəti dövlətlər birliyi (beynəlxalq əlaqləri təşkil edən subyektlər) tərəfindən qorunur. Dövlət özünün şəxsiyyətini fərdi və kollektiv qaydada təmin etmək və qorumaq haqqına malikdir. Dövlət başçısının şəxsiyyəti də dövlətin şəxsiyyətinə harmonikdir. 

Dövlət rəhbərinin nüfuzu toxunulmazdır, çünki özündə dövlət və  hakimiyyət toxunulmazlığını daşıyır. Dövlət rəhbəri də öz hərəkətləri ilə xalq və bəşəriyyət önündə məsuliyyət daşıyır. Bu yöndə etika və estetika ünsürüdür. Dövlət rəhbəri xalqdan aldığı səlahiyyətlərlə öz şəxsiyyətinin tərkibini təmin etmiş olur.

Dövlət rəhbərini təhqir etmək, onun şəxiyyətinə xələl gətirən, nüfuzunu aşağılayan aktlara, əməllərə  yol vermək olmaz. O halda dövlət təhqir olunmuş olur. Dövlətin təhqir olunması onun vətəndaşının təhqir olunmasına bərabər olur.

Dövlət ucada dayanan, ali bir dəyər olduğuna görə onun rəhbəri də ucadır. Təmsilçi ali dəyərə malikdir. Ali dəyərləri özündə daşıyır.  Dövlət rəhbəri öz şəxisyyəti üçün təmsil etdiyi tərəfə-xalqa, dövlətə güvənir. Bu güvənc sarsılmaz olmalıdır və bəşəri məğzi və mahiyyəti özündə ehtiva etməlidir. Dövlət rəhbərinin nüfuzu ardıcıldır, davamlıdır. Bu postu tutan hər bir şəxs üçün şərtdir, qəbulediləndir, təsdiq olunandır.

Dövlət rəhbərinin fəaliyyətinə qiymət vermək, atdığı addımları, davranışını təhlil etmək, nəticələr çıxartmaq və mövqe bildirmək hər bir sakinin, vətəndaşın, qeyri-vətəndaşın milli və bəşəri borcudur, vəzifəsidir.  Vətəndaşın və əcnəbilərin, vətəndaşlığı olmayanların  təbii insan hüquqlarıdır. Çünki dövlət rəhbəri bir seçim obyektidir. Dövlət rəhbəri öz postunda ehtiyatlı strategiya müəyyən etməlidir ki, vəzifəsinin icrasında səhvlərə yol verməsin və qınağa tuş gəlməsin. Dövlət rəhbərinin fəaliyyəti tənqid oluna bilər və qeyri-qənaətbəxş hesab oluna bilər. O halda, qiymət verərkən narazılıq doğuran, qeyri-qənaətbəxş olan hallar üzə çıxarılmalı və alternativ yollar və variantlar əksini tapmalıdır. Başqa sözlə, gedilən a) yolu düzgün deyilsə, onun qəbul etməyən b) yolunu deməlidirlər və inandırmağa çalışmalıdır. Buna sağlam rəqabət, sağlam tənqid  demək olar. Bu, özlüyündə rəngarəngliyin və inkişafın əsasını təşkil edir.

Dövlət rəhbəri dövləti ifadə edən ali dəyər simvoludur.  Dövləti Allah insanlara bəxş edibsə, deməli dövlət rəhbərinə hörmət də Allahdandır.  O, böyük olduğu üçün ona hörmət də böyük olmalıdır. Şəxsiyyəti qorunmaqla yanaşı, gördüyü müsbət işlər dəyərləndirilməlidir, qiymətləndirilməlidir. Dövlət rəhbərinin mənliyi çox zəngin olmalıdır, içərisində iradə, əzm, mətinlik, ləyaqət kimi mənəvi elementlər zənginliyini özündə daşımalıdır.  Dövlət rəhbərinin nüfuzunun qorunması və əməllərinə dəstək olmaq cəmiyyətin rəvan gedişinə öz müsbət təsirlərini göstərir və stabil cəmiyyətin qurulmasına əsas verir.

Dövlət rəhbəri xalq kimi sadə yaşamalıdır. Təvazökarlıq və müdriklik xarakterinin əsasını təşkil etməlidir. 

Elşən Nəsibov

Siyasətşünas-alim, yazıçı-publisist

Qərbi Azərbaycan İcmasının üzvü, "ARDIC" Hərəkatının təsisçisi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31