"Xarici qüvvələr" Tbilisidə təxribat törətməyə çalışıb - Kobaxidze
9 Aprel 20:27 SiyasətGürcüstanın baş naziri İrakli Kobaxidze "xarici qüvvələri" Tbilisinin mərkəzində insanları zorakılığa təhrik etməkdə ittiham edib.
Olaylar xəbər verir ki, bu barədə o öz "Facebook" səhifəsində yazı paylaşıb.
"Bu gün xarici qüvvələr Rustavelli prospektində (insanları) zorakılığa təhrik etməyə çalışdılar, gördülər ki, bu onlarda alınmır, özləri zorakılığa əl atdılar", - deyə Kobaxidze yazıb.
Xatırladaq ki, ötən gecə Tbilisinin mərkəzində müxalifətin etiraz aksiyası keçirilib. Bu gün səhər saatlarında isə bəzi fəallar baş nazir və digər hökümət rəsmilərinin 1989-cu il hadisələri qurbanların xatirəsinə həsr olunmuş abidəyə gül qoymalarına əngəl olmağa çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31