"Həzi Aslanov" stansiyası açıldı
09:59 SosialBu gündən Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasından "İçərişəhər" istiqamətində qatarların hərəkəti bərpa olunub.
Bununla da "Həzi Aslanov"-"İçərişəhər" xətti üzrə qatarlar müntəzəm hərəkətə başlayıb. Əvvəllər tətbiq edilən məhdudiyyətə əsasən, qatarlar Həzi Aslanov stansiyasından Əhmədliyə qədər hərəkət edir, daha sonra geriyə qayıdırdı.
Xatırladaq ki, "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Təmir işləri ilə əlaqədar qatarların hərəkəti məhdudlaşdırılmışdı.
Yenidənqurma çərçivəsində dalan infrastrukturu yenilənib, yollar altı vaqonlu qatarların qəbulu üçün uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31