Bibilaşvili: "Konstitusiya iddiasının məqsədi Rusiyanın 2008-ci il təcavüzünə bəraət qazandırmaqdır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Milli Hərəkat"ın nümayəndəsi Zaza Bibilaşvili Konstitusiya Məhkəməsində "Gürcü Arzusu"partiyasının beş müxalif təşkilatın qadağan edilməsi ilə bağlı qaldırdığı iddianı kəskin tənqid edib. O bildirib ki, məhkəmədən siyasi partiyaların sıradan çıxarılması kimi qeyri-konstitusion məqsədlər üçün istifadə olunması prosesdən ciddi sui-istifadə halıdır. Bibilaşvilinin sözlərinə görə, bu iddianın əsas gizli məqsədi 2008-ci ildəki müharibəyə görə məsuliyyəti Gürcüstanın üzərinə yıxmaq və Rusiya Federasiyasının hərbi təcavüzünə Konstitusiya Məhkəməsinin qərarı səviyyəsində bəraət qazandırmaqdır. O, iddiaçı tərəfi siyasi və hüquqi məsuliyyəti qəsdən qarışdırmaqda, həmçinin öz partiyasını dövlətlə eyniləşdirərək müxalif fəaliyyəti anti-dövlət addımı kimi qələmə verməkdə ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31