Aİ və Kanada müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini elan etdilər-ÖZƏL

Avropa İttifaqı və Kanada təhlükəsizlik tərəfdaşlıqlarını gücləndirərək "Arktikadan Qara dənizə qədər" müdafiə əməkdaşlığını dərinləşdirməyi planlaşdırırlar. Olaylar.az xəbər verir ki, bu barədə Reporter portalı Monrealda keçiriləcək sammit üçün hazırlanmış birgə bəyanat layihəsinə istinadən məlumat verib.
Sənəddə deyilir ki, "Kanada və Aİ ortaq təhlükəsizlik və müdafiəmiz üçün məsuliyyətimizi artırmaqda strateji tərəfdaşlardır". Sənəddə qeyd olunur ki, tərəflər qlobal böhranların idarə edilməsi, müdafiə sənayesi, dəniz və kosmik təhlükəsizliyi sahələrində əməkdaşlığı genişləndirməklə təhlükəsizlik və müdafiə tərəfdaşlıqlarının "həyata keçirilməsini sürətləndirəcəklər". Sənəddə həmçinin Kanadanın Aİ-nin ortaq xarici və təhlükəsizlik siyasəti çərçivəsində missiyalarda və əməliyyatlarda iştirakını genişləndirməkdə maraqlı olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31