Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yeni sosial layihəyə start verir
9 Aprel 21:20 SosialAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, (AHİK) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı və "Referans Medical Group"un birgə təşkilatçılığı ilə "Həmkardan həmkara qayğı ilə" layihəsinə başlanılıb.
Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın daha da artırılması məqsədilə reallaşdırılan layihə çərçivəsində ucqar, dağlıq və sərhədyanı rayonlarda yaşayanlar üçün səyyar tibbi müayinələr təşkil olunacaq.
İlk səyyar müayinələr Lerik rayonunda - Lerik Mərkəzi Xəstəxanasında aprelin 10-11 tarixində saat 10:00-dan 16:00-dək keçiriləcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31