Avropa İttifaqı və Ukrayna Brüsseldə beş texniki saziş imzalayıb- ÖZƏL
9 Aprel 16:58 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqı və Ukrayna Brüsseldə əməkdaşlıq və dəstəyə dair beş texniki saziş imzalayıb. Sənədlərin imzalanma mərasimi Aİ-Ukrayna Assosiasiya Şurasının iclası çərçivəsində keçirilib. Mərasimdə Ukraynanın Baş naziri Denis Şmıqal da iştirak edib.
Tərəflər su təchizatının bərpasına yardım, Ukraynanın sabitliyi və bərpasına dəstək, mərkəzləşdirilmiş istilik sisteminin dəstəklənməsi, Copernicus peyk müşahidə sistemi üzrə əməkdaşlıq və tibbi təminat sahələrini əhatə edən sənədlərə imza atıblar.
Avropa İttifaqı tərəfindən sənədləri Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas və genişlənmə üzrə komissarı Marta Kos imzalayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31