Beynəlxalq Mədəniyyət, İncəsənət və Folklor Konfransı keçirilib
30 Aprel 2015 12:41 SosialRusiya Federativ Respublikasının Rostov-na-Donu şəhərində Səlcuq Universiteti, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Rusiyanın Cənubi Federal Universitetinin təşkilatçılığı ilə Beynəlxalq Mədəniyyət, İncəsənət və Folklor Konfransı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, simpoziumun təşkilat komitəsinin sədri Ahmet Aytaç çıxış edərək Osmanlı dövründə türk torpağı olan Azaka yaxın bir yerdə Rostovda belə bir simpoziumun məhz üç ölkə - Azərbaycan, Türkiyə və Rusiyadan olan institutların təşkilatçılığı ilə keçirilməsinin onların iqtisadi və mədəni əlaqələrinə mühüm töhfə verəcəyini nəzərə çatdırıb. Simpoziumda Azərbaycan, Türkiyə və Rusiyadan 50 məruzə və 12 poster təqdim olunub. Sonda simpozium iştirakçılarına sertifikatlar, simpozium komitəsinin rəhbərlərinə fəxri diplomlar verilib.