Cibril Sisse Fransa klubuna keçir

Məşhur fransız futbolçu Cibril Sisse karyerasını vətənində davam etdirəcək. Qol.Az-ın məlumatına görə, bu barədə Fransa mətbuatı xəbər yayıb.
 32 yaşlı təcrübəli hücumçunun artıq "Bastia" klubu ilə razılığa gəldiyi bildirilir. Lakin rəsmi müqavilə futbolçunun hazırkı komandası "Kuban"la yollarını rəsmən ayırdıqdan sonra imzalanacaq.

Qeyd edək ki, Sisse indiyədək Fransanın "Oser" və "Marsel" klublarının da şərəfini qoruyub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR