İrana qarşı qonşusu ərəb ölkələri düşmən kimi davrandi- ÖZƏL

"İranda rejimin Azərbaycana qarşı münasibəti daima qeyri-konstruktiv olub. Buna baxmayaraq ikitərəfli münasibətlər davam edib. Azərbaycan İranla daima qarşılıqlı etimada uyğun olaraq əlaqələrin inkişafında maraqlı olub. İrana qarşı ABŞ-İsrail tərəfindən hücumuna neytral qalıb və İrana ilk humanitar yardım göndərib. Daima İran prezidenti ilə Azərbaycan prezidenti telefon təmasında olub". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "İran  qonşuları olan BƏƏ, Küveyt Səudiyyə Ərəbistanı,  Bəhreyn və Qətərin ABŞ-İsrailin yanında yer alaraq öz ərazisindən hərbi əməliyyatlara icazə verməsi beynəlxalq hüququn pozulması və qonşuluq dəyərlərinin tapdanmasıdır. Birmənalı şəkildə körfəz ölkələrinin İrana qarşı fəaliyyəti düşmən hərəkətidir. Qonşular arasında müharibə olar. Sabah da barışa bilər. Necəki Azərbaycan və Ermənistan arasında məlum müharibə və indi sülh prosesi. Körfəz ölkələri isə, İrandan onlara heç bir təhdid olmadan bu hərbi əməliyyatlara öz ərazisindən dəstək verdilər. Üstəlik də elan edirdilər ki,  İran bizim mülki obyektləri vurur. Həmin mülki obyektlərdə isə, İsrail və ABŞ hərbçiləri olub. 
Uzaq bir regiondan bir ölkə gəlib sənin qonşunu vurursa, səndə ona yardım edirsənsə artıq bu sənin qonşu kimi varlığın mənim üçün təhdiddir. Körfəz ərəb ölkələri təkcə İran olmasın öz qonşularına qarşı heçnədən düşmən kimi davranıb. Ermənistana Rusiya dəstək olanda biz kəskin şəkildə Rusiyaya etiraz etmişdik. Halbuki Rusiyanın dəstəyi gizli olub, rəsmi şəkildə inkar ediblər. İkinci Qarabag müharibəsində Moskva məcburi şəkildə neytral qaldi. Həmçinin İran Ermənistanla əməkdaşlıq edəndə sərt tənqid edirdik. 
İrandan Səudiyyə Ərəbistanı və körfəz ölkələrinə heç bir təhdid olmadan bu ölkələrin qonşusuna qarşı çox bağışlanmaz hərəkət ediblər. İrandakı rejimdən xoşumuz gəlməyə bilər. 
Məsələn, Fransa Azərbaycana qarşı gəlib Gürcüstan ərazisindən hücum edirsə, biz Gürcüstana necə baxmalıyıq?!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31