Rusiyada sosial dəstək genişlənir: çoxuşaqlı ailələr və hərbi iştirakçılar üçün yeni güzəştlər- ÖZƏL
11:03 DünyaRusiyada may ayından etibarən bir sıra sosialyönümlü qanunvericilik dəyişiklikləri qüvvəyə minəcək. Olaylar.az xəbər verir ki, bu barədə Vyaçeslav Volodin məlumat verib.
Onun sözlərinə görə, yeniliklər ilk növbədə çoxuşaqlı ailələrə dəstəyin genişləndirilməsini nəzərdə tutur. Belə ki, ailənin gəliri müəyyən qədər artsa belə, uşaqların doğulması və tərbiyəsi üçün nəzərdə tutulan aylıq müavinətlər saxlanılacaq. Bu qərarın təxminən 231 min nəfəri əhatə edəcəyi bildirilir.
Volodin vurğulayıb ki, ölkədə uşaqlı ailələrin sayının artırılması üçün əlverişli şərait yaradılması prioritetdir: "Rusiyada uşaqlı ailələrin sayının mümkün qədər artması üçün şərait yaratmalıyıq. Ölkəmizin gələcəyi bundan asılıdır".
Bununla yanaşı, Rusiya Dövlət Duması sədri xüsusi hərbi əməliyyat (SVO) iştirakçıları və onların ailələri üçün əlavə sosial dəstək tədbirlərinin də may ayında qüvvəyə minəcəyini qeyd edib.