Xarici siyasət

Ankarada Qarabağ Parkı

28 May 2017 09:40

Ankaranın Pursaklar bələdiyyəsi ərazisində Qarabağ Parkının açılışı olub. Tədbirdə Azərbaycanın və Türkiyənin deputatları, ziyalılar, türk dünyasının müxtəlif bölgələrindən tanınmış simalar, QHT, KİV nümayəndələri, yerli sakinlər iştirak ediblər. Pursaklar bələdiyyəsinin sədri Selcuk Çetin çıxış edərək diqqətə çatdırıb ki, Qarabağ Parkının salınması Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə gerçəkləşib.

Kubada 28 May - Respublika günü

27 May 2017 09:28

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 99-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı Səfirliyi Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində geniş bayram tədbiri keçirilib. Səfirlikdən "Olaylar" - a bildirlib ki, tədbirdə Kubanın Xarici İşlər Nazirliyinin rəsmiləri, ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri, Kubanın hakim Kommunist Partiyasının Mərkəzi Komitəsi, Milli Asambleyası, hökumət qurumlarının rəsmiləri və yerli mətbuat təmsilçiləri iştirak ediblər.

Braziliyada 28 may - Respublika günü

25 May 2017 22:45

Braziliya Federativ Respublikasının paytaxtı, Brazilia şəhərində Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 28 may - "Respublika Günü"nə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən "Olaylar" - a bildirlib ki, tədbirə, Braziliya milli konqresinin üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrin, yerli KİV-rin nümayəndələri və iş adamları iştirak ediblər. Tədbirdə hər iki dövlətin himninin səsləndirilməsindən sonra, səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edərək qonaqlara Azərbaycan və 28 may - Respublika Günü barədə ətraflı məlumat verərək, qeyd etdi ki, 1991-ci ildə müstəqiliyi əldə etdikdən sonra Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşməsinə baxamyaraq Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu çətinliklərin öhdəsindən gəlmiş və Prezident İlham Əliyevin ardıcıl və uzaq görən siyasəti nəticəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələri həyata keçirərək Azərbaycan regionun lider ölkəsinə çevrildi.

Kuba mətbuatında “Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi”

23 May 2017 09:58

Kubanın ən çox oxunan nüfuzlu “Bohemia” jurnalında Azərbaycanda uğurla keçirilmiş IV İslam Həmrəyliyi Oyunları barədə ölkənin tanınmış jurnalisti Maria Viktoria Valdesin geniş məqaləsi dərc edilib.Azərbaycanın Kubadakı səfirliyindən “Olaylar” – a bildirlib ki, “Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi” başlıqlı məqalədə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Azərbaycanda xüsusi dövlət proqramına uyğun olaraq kütləvi və peşəkar idmanın inkişaf etdirilməsindən söz açılır, bu mühüm siyasətin əsasının xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğu və hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi vurğulanır. Məqalədə, Azərbaycanın Birinci Vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yarışların təşkilində mühüm xidmətləri qeyd edilərək, Bakı 2017 Oyunlarının olduqca yüksək səviyyədə təşkil edilməsi və heyranedici açılış və bağlanış mərasimləri ilə yaddaşlarda qalacağı bildirilir. Qeyd edilir ki, “Gücümüz həmrəylikdədir” devizi ilə başa çatmış idman bayramı qardaşlıq və birlik ideyalarını özündə daşıyan islam mədəniyyətinə məxsus müxtəlif cəmiyyətləri Bakıda birləşdirmişdir.

Kıbrısda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi gözlənilir

22 May 2017 13:45

 Xalça muzeyində keçirilən II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışları” simpoziumunda iştirak edən Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki səfiri xanım Ufuk Turganer ikinci dəfə keçirilən simpoziumun bu dəfə daha da yüksək səviyyədə hazırlandığını bildirdi. “ Türklərin ortaq dili olan naxışlar əl əməyi – göz nurudu. Kıbrıs türklərinin də, ana vətən Türkiyənin də can Azərbaycanla nə qədər ortaq mədəniyyətinin və ortaq dəyərlərimizin  olduğunu görürük. Bu gün çox gözəl gündü” – deyə xanım Ufuk Turganer bildirdi. Xanım səfir Kıbrısda Azərbaycan mədəniyyət günlərinin və eləcə də Azərbaycanda Kıbrıs mədəniyyət günlərinin keçirilməsinə dair bir sıra layihələr mövcud olduğunu bildirdi.

“Türkiyənin və Azərbaycanın İslam dünyasına bu şəkildə rəhbərlik etməsi çox gözəldi”

22 May 2017 13:42

 II Beynəlxalq “Türk dünyasının ortaq dilii – naxışlar” simpoziumunda iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral IV İslam həmrəyliyi oyunlarında Türkiyənin çıxışını yüksək qiymətlənirən səfir qızıl medalların sayında sona qədər Azərbaycan yarışdıqlarını xatırlatdı. “ Son anda Azərbaycan  üstünlük əldə etdi.Birinci Azərbaycan oldu, amma biz də medal sayına görə ən çox qazanan ölkə olduq. Türkiyənin və Azərbaycanın islam dünyasına bu şəkildə rəhbərlik etməsi çox gözəldi” –deyə, səfir bildirdi.

“Washington Times”: İlham Əliyev digərlərindən fərqli olaraq enerji ixracından siyasi məqsədlər üçün istifadə etmir

11 May 2017 13:24

“Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır”. Bu barədə “Washington Times” nəşrində iki ölkə arasında əməkdaşlığa dair yer alan məqalədə deyilir. Bildirilir ki, öz qonşularından fərqli olaraq Azərbaycan heç zaman enerjidən geosiyasi silah kimi istifadə etməyib.

Səfir Leyla Bijosla görüşüb

8 May 2017 17:44

Mayın 8 - də Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyində, Braziliya Katolik Universitetində hüquq təkmilləşdirmə kurslarında iştirak edən, Braziliyanın müxtəlif regionlarında prokurorluq sistemində çalışan 14 əməkdaş və qeyd edilmiş Universitetin professor-doktoru Leyla Bijosla görüş keçirilib.

Kubada Novruz bayramı

23 Mart 2017 12:38