Səfir Leyla Bijosla görüşüb
Mayın 8 - də Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyində, Braziliya Katolik Universitetində hüquq təkmilləşdirmə kurslarında iştirak edən, Braziliyanın müxtəlif regionlarında prokurorluq sistemində çalışan 14 əməkdaş və qeyd edilmiş Universitetin professor-doktoru Leyla Bijosla görüş keçirilib.
8 May 2017 17:44 SiyasətMayın 8 - də Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyində, Braziliya Katolik Universitetində hüquq təkmilləşdirmə kurslarında iştirak edən, Braziliyanın müxtəlif regionlarında prokurorluq sistemində çalışan 14 əməkdaş və qeyd edilmiş Universitetin professor-doktoru Leyla Bijosla görüş keçirilib.
Səfirlikdən "Olaylar" - a bildirlib ki, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri haqqında, eləcədə Azərbaycan iqtisadiyyatı, xarici siyasəti, həyata keçirilmiş və icrada olan regional və beynəlxalq layihələr haqqında geniş məlumatı ehtiva edən təqdimatdan sonra məmurlarla birlikdə Çıraqov və digərləri Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını ətraflı müzakirə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Braziliyalı hüquqşunasların marağını cəlb etmiş və Səfir Elxan Poluxov tərəfindən çox saylı suallar cavablandırılıb.
Tədbir əsnasında, qonaqlara ölkəmiz haqqında qısa film nümayiş etdirilmiş və məlumat qovluqları paylanılıb.