Xarici siyasət
Azərbaycan prezidenti Aleksandr Lukaşenkonu təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib. Təbrikdə deyilir: "Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Müasir Belarus nəzərdə tutulan məqsədləri və prioritet vəzifələri uğurla həyata keçirərək dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsi, davamlı sosial-iqtisadi inkişaf sahələrində sanballı uğurlara nail olub.
Prezident Polşanın Baş naziri ilə görüşdü - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 28-də Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo ilə görüşüb.
Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib
İyunun 27-də Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Andjey Duda biznes forumun açılış mərasimində iştirak ediblər.
Elxan Poluxov Etimadnaməsini təqdim etdi
İyunun 26 - da Azərbaycan Respublikasının Braziliya Federativ Republikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov Etimadnaməsini Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə təqdim edib. Səfirlikdən "Olaylar" -a bildirilib ki, etimadnaməni təqdim etdikdən sonra, Səfri Elxan Poluxov Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin səmimi salamlarını Braziliya Prezidenti, cənab Mişel Temerə çatdıraraq Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətləri müzakirə ediblər.
Azərbaycan və Polşa prezidentləri bəyanatlarla çıxış ediblər
Azərbaycan prezidenti Polşada rəsmi səfərdədir
Azərbaycan prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi havalimanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Kuba mətbuatında Azərbaycanın Milli Qurtuluş Günü
Kubanın nüfuzlu “Bohemia” jurnalı və ölkənin ən çox ziyarət olunan və istinad edilən internet resursu “EcuRed” elmi-kütləvi ensiklopediyasında 15 iyun – xalqımızın Milli Qurtuluş Günü ilə bağlı məqalələr yerləşdirilib. Azərbaycan Respublikasının Kuba Respublikasındakı səfirliyindən “Olaylar” – a bildirilib ki, məqalələrdə Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinliklər və Ermənistanın işğalçılıq siyasəti barədə məlumat verilmiş, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edilmişdi.
Cavanşir Salehov Kubada “Yaşadığımız dünya” radio verilişində
Azərbaycan Respublikasının Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Kubanın “Habana Radio” 106.9 FM kanalının dəvəti ilə canlı yayımlanan “Yaşadığımız dünya” radio verilişində iştirak edib. Səfirlikdən “Olaylar” – a bildirilib ki, veriliş zamanı qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar aparıcıların suallarını cavablandıran C.Salehov, XX əsrdə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın ən yaxın tarixindən danışaraq, 1991-1992-ci illərdə ölkəmizin məruz qaldığı ictimai-siyasi proseslər və sözügedən dövrdə yaranmış ağır böhran vəziyyətindən bəhs edib. Eyni zamanda, qeyd edilən dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin həyata keçirildiyi və bu münaqişə nəticəsində Azərbaycanın 20 faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırıldı.
Türkmənistan Azərbaycana yeni səfiri təyin etdi
İyunun 9-da Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Mekan İşanquliyevə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilməsi barədə sərəncam imzalayıb.
“Embassy Brasilia” jurnalının saytında Azərbaycan haqqında məqalə
Braziliyada dərc olunan “Embassy Brasilia” jurnalının saytında ingilis və portuqal dillərində Səfirlik tərəfindən keçirilmiş “28 May Respublika Günü” tədbirinə həsr edilmiş məqalə dərc edilib. Azərbaycannın Braziliya Federativ Respublikasındakı səfirliyindən “Olaylar” –a bildirilib ki, məqalədə Səfir Elxan Poluxovun və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyini, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyin ilk illərində üzləşdiyi çətinliklər və Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu çətinliklərin öhdəsindən gəldiyi qeyd olunur.
Qədim Səmərqənd şəhərində Azərbaycan mədəniyyəti günləri
İyunun 12-dən 15-dək qədim Səmərqənd şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Əlişir Nəvai adına Səmərqənd Dövlət Universiteti (SDU) və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə iyunun 13-də Səmərqənd Dövlət Universitetində “Azərbaycan-Özbəkistan: mədəni, ədəbi əlaqələr” mövzusunda elmi konfrans təşkil olunacaq.
“Bohemia” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü
Kubanın nüfuzlu “Bohemia” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş “Azərbaycan: sivilizasiyalararası dialoq üçün əsas ölkə” başlıqlı geniş məqalə dərc edilib. Azərbaycan Respublikasının Kuba Respublikasındakı Səfirliyindən “Olaylar” – a bildirlib ki, məqalədə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olmuş Azərbaycanın müstəqilliyinin elan edilməsi tarixindən geniş bəhs edilib. İki ilə yaxın müddətdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaranması və tarixi nailiyyətləri haqda məlumat verilib.
Braziliyada “28 May-Respublika Günü”ə həsr edilmiş rəsm müsabiqəsinin qalibləri məlum oldu
29-31 may tarixlərində Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət etmək və həmin məktəbdə, məktəblilər arasında keçirilmiş “28 May-Respublika Günü”ə həsr edilmiş rəsm müsabiqəsinin qaliblərini təltif etmək üçün Rio de Janeyro şəhərinə səfər edib/ Səfirlikdən "Olaylar" - a bildirlib ki, müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim edən Səfir, məktəb rəhbərliyi ilə məktəbin gələcək planlarını müzakirə etmiş və gələn il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və “28 may – Respublika Günü”nün 100 illiyi ilə bağlı təntənəli tədbirlərin keçirilməsi haqqında danışılıb.
Belçika Krallığında Respublika Günü
diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş konsert ve rəsmi qəbul keçirilib. Tədbir Azerbaycan Respublikasinin Belçika Krallığındakı Səfirliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunub. Mayın 30 – da Brüsselin nüfuzlu BOZAR İncəsənət Sarayında Respublika Günü və Azərbaycan və Belçika arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş konsert ve rəsmi qəbul keçirilib. Tədbir Azerbaycan Respublikasinin Belçika Krallığındakı Səfirliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunub. Səfirlikdən “Olaylar” – a bildirlib ki, Belçika dövlət qurumları, Avropa İttifaqı təsisatları və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbir çərçivəsində ilk öncə çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov yaradılmasının 99 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının milli tariximizdə tutduğu mühüm yerdən bəhs edib, cəmi 23 ay yaşamış bu respublikanın demokratik dəyər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayıb, bu zaman qadınlara səs hüququnun verildiyini, ölkə ərazisində yaşayan azlıqların milli parlamentdə təmsil olunduğunu xatırladıb, müasir Azərbaycan Respublikasının keçdiyi şanlı müstəqillik yolu barədə danışıb. Səfir daha sonra Belçika və Azərbaycan əlaqələrinin 25 illiyinin vacib hadisə olduğunu qeyd edib, Belçikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən olduğunu xatırladıb.
Səfir Elxan Poluxov “Radio Senado”-da
Azərbaycan Respublikasının Braziliyadakı Səfiri Elxan Poluxov Braziliya Senatını radiosu olan "Radio Senado"-da "Parlamentos do Mundo" proqramında Azərbaycana həsr edilmiş verilişə müsahibə verib. Səfirlikdən "Olaylar" - a bildirlib ki, müsahibə zamanı Səfir Elxan Poluxov Azərbaycanın tarixi, mədəniyyəti, regional layihələri, Azərbaycan Respublikasının Parlamenti və ölkənin qanunverilcilik sistemi, son illər ərzində əldə edilmiş uğurlar və xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışıb.













