Cavanşir Salehov Kubada “Yaşadığımız dünya” radio verilişində
Azərbaycan Respublikasının Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Kubanın “Habana Radio” 106.9 FM kanalının dəvəti ilə canlı yayımlanan “Yaşadığımız dünya” radio verilişində iştirak edib. Səfirlikdən “Olaylar” – a bildirilib ki, veriliş zamanı qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar aparıcıların suallarını cavablandıran C.Salehov, XX əsrdə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın ən yaxın tarixindən danışaraq, 1991-1992-ci illərdə ölkəmizin məruz qaldığı ictimai-siyasi proseslər və sözügedən dövrdə yaranmış ağır böhran vəziyyətindən bəhs edib. Eyni zamanda, qeyd edilən dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin həyata keçirildiyi və bu münaqişə nəticəsində Azərbaycanın 20 faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırıldı.
13 İyun 2017 09:58 Xarici siyasətAzərbaycan Respublikasının Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Kubanın "Habana Radio" 106.9 FM kanalının dəvəti ilə canlı yayımlanan "Yaşadığımız dünya" radio verilişində iştirak edib.
Səfirlikdən "Olaylar" - a bildirilib ki, veriliş zamanı qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar aparıcıların suallarını cavablandıran C.Salehov, XX əsrdə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın ən yaxın tarixindən danışaraq, 1991-1992-ci illərdə ölkəmizin məruz qaldığı ictimai-siyasi proseslər və sözügedən dövrdə yaranmış ağır böhran vəziyyətindən bəhs edib. Eyni zamanda, qeyd edilən dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin həyata keçirildiyi və bu münaqişə nəticəsində Azərbaycanın 20 faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırıldı.
C.Salehov, müstəqilliyinin ilk illərində dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmış Azərbaycan xalqının belə bir ağır dövrdə ölkəni bu faciəvi böhrandan xilas etmək üçün təkidlə Ümummilli Lider Heydər Əliyevi respublikada hakimiyyəti öz əlinə almağa çağırdığını qeyd etdi.
Müsahibə zamanı aparıcı Arsenio Rodriqez qeyd etdi ki, həqiqətən də, müstəqil Azərbaycanda çox böyük dəyişikliklərin baş verdiyinə şahid oluruq, o cümlədən hal-hazırda bu ölkə iri miqyaslı beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. O, belə bir qısa müddətdə bu nailliyyətlərin əldə edilməsinin xüsusi maraq doğurduğunu vurğuladı.
Bu xüsusda Azərbaycanın iqtisadi inkişaf istiqamətləri və prioritetləri barədə məlumat verən C.Salehov bildirdi ki, hal-hazırda Azərbaycan dünyanın ən sürətlə inkişaf edən
ölkələrindən biri olaraq, sözün əsl mənasında müstəqil daxili və xarici siyasət yürüdən, dünya birliyinin tam və bərabər hüquqlu, beynəlxalq aləmdə güclü mövqelərə malik olan demokratik və nüfuzlu dövlətə çevrilib. Qeyd edildi ki, bu faktlar öz növbəsində Azərbaycanın Milli Qurtuluş gününün tarixi mahiyyətindən xəbər verir.
Veriliş zamanı digər aparıcı Enrike Roman misal olaraq "Əli və Nino" filmindən söz açaraq, Azərbaycanda tarixən digər xalqlara, o cümlədən müxtəlif dinlərin nümayənədələrinə olan münasibətin heyrətamiz olduğunu söylədi. C.Salehov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüsseri olduğu "Əli və Nino" filmi haqda ətraflı məlumat verdi və Azərbaycan xalqına məxsus qədim tolerantlıq ənənələrindən bəhs etdi.
Daha sonra aparıcıların suallarına cavab olaraq, C.Salehov Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin mövcud durumu və səfirliyimiz tərəfindən həyata keçirilən müxtəlif siyasi-mədəni tədbirlərdən bəhs etdi. Ölkələrimiz arasında tarixən uğurlu siyasi əməkdaşlığın mövcud olduğu qeyd edilərək, mədəniyyət və idman sahələri ilə yanaşı, iqtisadi-ticarət əlaqələrinin də genişləndirilməsinin vacibliyi vurğuladı.
Radio verilişi ərzində Şövkət Ələkbərova ("Cənnətim Qarabağ"), Rübabə Muradova ("Heydər Babaya salam") və gənc xanəndə Ayşən Mehdiyevanın ifasında ("Gözəl Vətən") Azərbaycanın bəstəkar mahnılarından ibarət musiqi parçaları səsləndirilib.