Xarici siyasət

Xocalı faciəsinin qurbanları Braziliyada anıldı

22 Fevral 2017 06:57

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyi tərəfindən Səfirliyin binasında, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış, bu faciəvi hadisəyə  həsr olunmuş fotosərgi təşkil edilib.  Səfirlikdən "Olaylar" - a bildirilir ki, tədbir çərçivəsində həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqəsinə aid müxtəlif dillərdə dərc olunmuş kitab sərgisi də təşkil olunub. Tədbirdə Braziliya ictimaiyyətinin tanınmış şəxsləri, o cümlədən Parlamentin aşağı və yuxarı palatalarının nümaynədələri, yerli diplomatik korpusunun üzvləri və müxtəlif universitlərdən müəllim və professor heyyəti iştirak edib. Qonaqlara "Xocalıya ədalət" kampaniyası çərçivəsində bir sıra Səfirliklərimizin dəstəyi ilə hazırlanmış videoçarx nümayiş etdirildi və portuqal dilində tərtib edilmiş bukletlər paylanıldı.

Türkiyəli nazir Bakıya gəlir

14 Fevral 2017 20:39