Xarici siyasət
Ukrayna səfiri: “Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz qətidir”
Ukraynanın Azərbaycandakı səfirliyində iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko bu il Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfər edəcəyini deyib. O, fevralın 19-da ukraynalı millət vəkillərinin Parlamentlərarası Dostluq Qrupu çərçivəsində Azərbaycana səfər edəcəklərini söyləyib. Səfir ölkəsinin xarici siyasətində Azərbaycanın vacib yer tutduğunu vurğulayıb: “Rəsmi Kiyevin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi və status-kvonun qəbuledilməz olması barədə mövqeyi qətidir. Bu, 2016-cı ilin iyulunda prezident Poroşenkonun Azərbaycana səfəri zamanı bir daha təsdiqlənib”.
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov














