ABŞ səfirliyi: Robert Sekutanın Azərbaycanda fəaliyyətini davam etdirəcəyi gözlənilir
6 Yanvar 2017 19:02 Xarici siyasətABŞ səfiri Robert Sekutanın Azərbaycanda fəaliyyətini davam etdirəcəyi gözlənilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən deyiblər.
Səfirlikdən bildiriblər ki, Birləşmiş Ştatların Prezidentini təmsil edən səfirlər ABŞ Prezidentinin təyınatı əsasında çalışırlar:
"ABŞ-ın xarici xidmətlər sahəsində üzun müddət yüksək səviyyədə çalışmış səfir Robert Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etdirəcəyi gözlənilir".
Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lərdə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Barak Obama vaxtında təyin olunmuş səfirləri geri çağıracağı iddia olunurdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31