Xarici siyasət
"Azərbaycan-Rusiya münasibətləri Rusiyadakı erməni lobbisini narahat edir"
Və erməni rəhbərliyinin balanslaşdıra bilmədiyi xarici siyasət səbəbilə Ermənistan-Rusiya münasibətləri mənfiyə doğru irəliləyir
"Bütün aktorlar Ermənistanı konstruktiv danışıqlara yönəltməlidir”
AB İrəvana 732 milyon ayırdı: Bəs, Bakıya? - Siyahı
Xəbər verdiyimiz kimi, Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul edib. Bu vəsait sayəsində Şərq Tərəfdaşlığı ölkələrində 4800 kilometr yol, 6 liman və 11 logistik mərkəz tikilməsi planlaşdırılıb. Vəsait 2030-cu ilə qədər Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində olan 6 ölkəyə veriləcək.
Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Yanvarın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanının Şura Məclisinin ölkəmizlə parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a bildirilib ki, spiker qeyd edib ki, Səudiyyə Ərəbistanı bütün dünya müsəlmanlarının görüşdüyü bir məkandır. Xalqımızın qəlbində bu məkanın xüsusi yeri vardır.
Cavanşir Feyziyev Londona səfər edib
Deputatlarımız TürkPA-nın tədbirinə qatılacaqlar
AntiAzərbaycan qüvvələr Rusiyada fəallaşıblar
Ölkəmizlə ultimatum dilində danışanlar erməni lobbisinin təsiri altına düşüblər Azərbaycanla Rusiya arasında siyasi və diplomatik münasibətlər tarix boyu mövcud olub, bu gün də davam etməkdədir. Belə ki, qonşu dövləti siyasi, iqtisadi, mədəni əlqələr bir-birinə daha da yaxınlaşdırır. Təəssüf ki, Rusiyada bəzi qüvvələr iki ölkə arasındakı əlaqələrin inkişafında maraqlı deyil, üstəlik mövcud əməkdaşlığa zərbə vurmaq yolu tutub. Maraqlı məqam ondan ibarətdir ki, belə niyyətdə olanlara Rusiyanın xarici siyasətini müəyyən edən dövlət orqanında da rəst gəlinir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, erməni mənşəli Rusiya vətəndaşları Azərbaycana buraxılmır və xanım diplomat bunu Rusiya vətəndaşlarının hüquqlarının pozulması kimi qiymətləndirib.
Qarabağ probleminin həlli üçün erməni rəhbərliyinə təzyiq mütləqdir
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir neçə gün əvvəl Parisdə baş tutan görüşü 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan ilk diplomatik addım olsa da, lakin görüşün nəticələri gözlənildiyi qədər də uğurlu olmadı. Xarici siyasət idarəsi rəhbərlərinin Paris danışıqlarından əldə edilən nəticə ondan ibarət oldu ki, Azərbaycan və Ermənistan xalqı sülhə hazır edilməlidir. Əslində bu da yeni bir şey deyil. Çünki həmsədrlər mütəmadi olaraq belə bir cəfəng fikirləri gündəmə gətirirlər ki, guya xalqlar sülhə meyilli deyil. Ancaq reallıq ondan ibarətdir ki, torpaqlarının 20 faizinin işğala məruz qalmasına baxmayaraq Azərbaycan tərəfi hələ də sülh danışıqlarına meyillidir və problemin diplomatik yolla həllinə tərəfdardır. Sülhə maraqlı olmayan tərəf isə yalnız və yalnız Ermənistandır. Ona görə də ekspertlər hesab edirlər ki, vasitəçi dövlətlər, eyni zamanda beynəlxalq təşkilatlar ilk növbədə Ermənistana təzyiq etməlidirlər.
"Milli Şura gərginlik yaratmağa çalışır"
"Ermənistanda yeni hökumətin xarici siyasət prioritetləri cızılmır"
"Azərbaycan Ermənistanın iqtisadi tənəzzülünün əsaslarını qoyub"
“Azərbaycan bir sıra beynəlxalq layihələri həyata keçirməklə və layihələrə qonşu ölkələri qoşaraq Ermənistanı bu layihələrdən təcrid edərək, bu ölkənin iqtisadi tənəzzülünün əsaslarını qoyub”. Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
"Məqsəd ölkəmizin nüfuzuna zərbə vurmaqdır"
Zimbabve prezidentinin Azərbaycan səfəri təsadüfi xarakter daşımır
Ceyhun Əhmədli: “Zimbabve prezidentinin ölkəmizə səfəri Azərbaycanın həm korrupsiyaya qarşı mübarizə təcrübəsindən, həm də iqtisadi inkişaf konsepsiyasından faydalanmaq məqsədi daşıyır”. Zeynal Əmrəliyev: “Zimbabve kimi uzaq ölkələrlə əməkdaşlığın qurulması Qarabağ məsələsinin həlli istiqamətində əhəmiyyətli məsələdir”
Avropa Parlamenti növbəti dəfə ikili standartların qoruyucuları kimi özünü ifşa etdi
“Avropa Parlamenti növbəti dəfə dözümsüzlüyünü, ikili standartların qoruyucuları kimi özünü ifşa etdi”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva səsləndirib.
Hindistanda “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilib
Hindistanın Qucarat ştatının Qandinaqar şəhərində “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 2003-cü ildən təşkil olunan və artıq 9-cu dəfədir ki, keçirilən tədbirin əsas məqsədi Hindistanın iqtisadi potensialının təbliği, investisiya qoyuluşu üzrə müzakirələrin aparılmasıdır. 3 gün davam edən Zirvə Görüşü çərçivəsində ticarət, maliyyə, enerji, nəqliyyat və İKT sahələrində seminarlar və dəyirmi masalar təşkil edilib. Hindistanın Baş naziri Narendra Modinin, digər ölkələrdən yüksək səviyyəli rəsmilərin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə ölkəmizi İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.
.jpg)




.jpg)



.jpg)
.jpg)


