Xarici siyasət
Hindistanda “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilib
Hindistanın Qucarat ştatının Qandinaqar şəhərində “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 2003-cü ildən təşkil olunan və artıq 9-cu dəfədir ki, keçirilən tədbirin əsas məqsədi Hindistanın iqtisadi potensialının təbliği, investisiya qoyuluşu üzrə müzakirələrin aparılmasıdır. 3 gün davam edən Zirvə Görüşü çərçivəsində ticarət, maliyyə, enerji, nəqliyyat və İKT sahələrində seminarlar və dəyirmi masalar təşkil edilib. Hindistanın Baş naziri Narendra Modinin, digər ölkələrdən yüksək səviyyəli rəsmilərin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə ölkəmizi İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.
AŞPA-nı qış sessiyası 5 gün davam edəcək
Yanvarın 21-dən AŞPA-nın qış sessiyası işə başlayır. Milli Məclisin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, parlamentin AŞPA-dakı nümayəndə heyətinin üzvləri beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun qış sessiyasında iştirak etmək üçün ötən gün Fransanın Strasburq şəhərinə yola düşüblər. Nümayəndə heyətinə mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyev daxildirlər.
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır
Vüqar Rəhimzadə: “Avropa Parlamentinin qərəzli qətnaməsi çirkin kampaniyanın tərkib hissəsidir”
"Avropa Parlamentin qəbul etdiyi qərəzli qətnamə, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının arxasında erməni lobbisi və anti-Azərbaycan qüvvələr dayanır.” Bu fikirləri Olaylar.az –a "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Bakı bölgədə təhlükəsizliyin bərqərar olunması zəminində formalaşan yeni reallığın müəllifinə çevrilib
Keçən ilin sonlarından və cari ilin əvvəlindən Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik hərəkətlilik 2019-cu ildə sözügedən problemin həlli ediləcəyinə olan ümidləri artırıb.




.jpg)







