Teatr və kino
"İnsan səsi” tamaşası nümayiş olunacaq
İyunun 10-da saat Akademik Milli Dram Teatrının kiçik zalında Mədəniyyət və İncəsənət Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı “İnsan səsi” tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, Fransız yazıçısı və kinorejissoru Jan Koktonun müəllifi olduğu mono pyes əsasında ərsəyə gələn səhnə işinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur. Tamaşanın elmi rəhbəri professor İlham Rəhimli, yaradıcılıq işləri üzrə rəhbəri əməkdar artist Fərhad İsrafilovdur. Səhnə əsəri tənha qadının faciəsi üzərində qurulub. Beş illik sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi gözləyir. Qadının gözlədiyi zəng nəhayət gəlir və o, çətin də olsa sevgilisi ilə vidalaşır.
İyunda “Yuğ” – da
“YUĞ” Dövlət Teatrı “Olaylar” – a iyun ayı üçün olan repertuarı təqdim edir. 10 iyun, şənbə K.Abdulla “Səsimi unutma” 19.00 13 iyun, çərşənbə axşamı T.Əngin “Boy” 19.00 14 iyun, çərşənbə S.Haqverdiyeva “Metamorfoza” 19.00 15 iyun, cümə
Zəfər Nemətov anıldı
Fəxri Xiyabanda Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, pedaqoq Zəfər Nemətovun anım tədbiri keçirilib. Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallının “Olaylar” – a verdiyi məlumata görə, xatirə mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, rejissorun ailə üzvləri iştirak edib. Zəfər Nemətovun oğlu, Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Zəfər Nemətovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onun quruluş verdiyi tamaşaların bədii-estetik həllindən bəhs edib.
Gənc Tamaşaçılar teatrı səfərlərdə
89-cu teatr mövsümünü sonuna doğru Gənc Tamaşaçılar Teatrı daha iki səfərə yola düşür. Kollektiv 11-17 iyun tarixlərində Astana şəhərinin Qazaxıstan Respublikasının paytaxtı elan olunmasının 19-cu ildönümü münasibətilə hər il ənənəvi olaraq Astana şəhərində keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil etmək üçün dəvət alıb.
DTX sədri Musiqili Teatrda
Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev Musiqili Teatrda olub. Musiqili teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, general-leytnant Mədət Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasını izləyib. Anşlaqla keçən tamaşanı izləyənlər arasında Amerika Birləşmiş Ştatlarından ölkəmizə gələn qonaqlar da olub. “999-cu gecə” böyüklər üçün nağıl-tamaşası bütün izləyicilər tərəfindən böyük maraq və çoşqu ilə qarşılanıb.
Surdotərcümə ilə milli film nümayiş olundu
Nizami Kino Mərkəzində danışma və eşitmə qüsuru olan insanlara surdotərcümə ilə milli film nümayiş olunub. Mərkəzdən “Olaylar” – a bildirlib ki, Nizami Kino Mərkəzi Human Foundation qurumunun nəzdində Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla surdotərcümə edilmiş milli “Oğlan evi” filmini təqdim edib. Film, tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
“Yuğ” Teatrında “Metamorfoza”
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti yeni tamaşa –“Metamorfoza” adlı səhnə əsərini təqdim edib. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb. Teatrdan "Olaylar" - a bildirilib ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunub. Tamaşada aktyorlar Oqtay Mehdiyev (Sən) , Zümrüd Qasımov (Mən) və Elgün Həmidov ( O) rollarında çıxış ediblər.
İlham Əliyev Abdulrəhim Hacıyevlə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Abdulrəhim Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Yusif Vəliyev xatırlandı
Yusif Vəliyev xatırlandı Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Teartdan “Olaylar” – a bildirilib ki, teatrın yaradıcı heyəti və teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov mərhum aktyorun məzarını ziyarət ediblər. Daha sonra teatrda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xatirə gecəsi gerçəkləşib. Tədbirdə mədəniyyət xadimləri, mərhum sənətkarın yaxınları iştirak ediblər. Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin aparıcılığı ilə baş tutan xatirə gecəsinin quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov olub. İ.Rəhimli Azərbaycan teatrı tarixində silinməz izlər qoyan Yusif Vəliyevin səhnəyə gəlişindən, oynadığı rollardan, bütün aktyorlara nümunə ola biləcək səhnə sevgisindən danışıb. Professor teatr səhnəsi ilə yanaşı, kino sahəsində də öz sözünü deyən ustad sənətkarın ifa etdiyi obrazların məziyyətlərini təhlil edib.
Musiqili Teatrın iyun REPERTUARI
Azərbaycan Dövlət Musiqili Teatrı 107-cı teatr mövsümü 2017-ci il iyun ayı üçün repertuar planı 02.02 C. Barrinin, Qrimm qardaşları “Bremen musiqiçiləri və Pen” 12.00 02.02 C. Barrinin, Qrimm qardaşları “Bremen musiqiçiləri və Pen” 15.00 02.06 F. Əmirovun musiqiləri əsasında “999-cu gecə” 19-00 03.06 Elçin “Baladadaşın toy hamamı” 19-00
Musiqili Teatrda bir gündə 2 premyera
Akademik Milli Dram Teatrında uşaqlar “Çipollino” ilə sevinəcək
Akademik Milli Dram Teatrı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə azyaşlı tamaşaçıları məşhur “Çipollino” tamaşası ilə sevindirəcək. Teatrın mətbuat katibi Cavid Zeynallının”Olaylar” – a verdiyi məlumata görə, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır. Canni Rodari “Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib.
Musiqili Teatrda Uşaqların Beynəlxalq Müdafiəsi Günü
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Musiqili Teatrda qeyd olunacaq. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, 67 ildir ki, bütün dünyada qeyd olunan 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Musiqili Teatrda konsert proqramı təşkil olunacaq. UNESCO-nun Assosiativ məktəblər şəbəkəsinin üzvü olan Bakı Avropa Liseyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə lisey şagirdlərinin ifasında dünyanın bir sıra xalqlarının rəqsləri nümayiş olunacaq.
Gənc Tamaşaçılar Teatrı iyun ayında
“Nar bağı” Karlovy Vary Beynəlxalq Film Festivalında
İlqar Nəcəfin “Nar bağı” bədii filmi Karlovy Vary Beynəlxalq Film Festivalına dəvət alıb. Kinostudiyadan “Olaylar” – a bildirlib ki, “Azərbaycanfilm” kinostudiyası və “Buta film” kino şirkətinin birgə istehsalı olan yeni ekran əsərinin dünya təqdimatı festivalın “Qərbin Şərqi” müsabiqə proqramında keçiriləcək. “Nar bağı” proqramın açılış filmi olaraq təqdim olunacaq. Festival 30 iyun-8 iyul tarixlərində Çexiyada baş tutacaq.




.jpg)


.jpg)

.jpg)


.jpg)

