Teatr və kino
Musiqili Teatr Lənkərana səfər edəcək
Musiqili Teatrı bölgələrə və xarici ölkələrə səfərə hazırlaşır. Teatr Lənkəran şəhərinə, qardaş Türkiyə Cümhuriyyətinə Beynəlxalq “Dədə Qorqud” festivalına və Azərbaycan Mədəniyyət Günləri çərçivəsində isə İran İslam Respublikasına qastrol səfərləri planlaşdırılır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, bu silsilədən ilk tədbir 31 may tarixində Azərbaycanın cənub mirvarisi Lənkəran şəhərində baş tutacaq. Musiqili Teatrın kollektivi lənkəranlı tamaşaçılar qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyası ilə çıxış edəcək.
Həyat elə kinodu..!
Biz onu “Cavad xan”, “Azarkeş, “Sovqat”, “100000 AZN”, “Əzizim Fellini”, “Səhərə inan...”, “Döngələr” (teleserial), “Dərs”, “Bir günəş altında”, “Hoqqa” filmləri ilə tanıdıq, filmlərini izlədik. Sənətkar olduğunu qəbul etdik, sevdik.
Kukla teatrında “Şahın xudpəsənd oğlu”
İyun 1 - də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Abdulla Şaiq adına Kukla teatrında tamaşa-konsert təqdim olunacaq. Teatrdan "Olaylar" - a bildirlib ki, teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının əvvəlcə repertuarlarında yer alan maraqlı səhnə işlərindən olan "Şahın xudpəsənd oğlu" tamaşasını nümayiş etdirəcək və ardında musiqi çələngini təqdim edəcəklər.
Respublika günü “Oyuq” – çular çıxış edəcək
Mütəmadi maraqlı layihələrlə balaca teatrsevərləri sevindirən, hazırladığı tamaşalarla onların tamaşaçı zövqünü formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı layihə reallaşacaq. 28 May - Respublika Günü münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında maraqlı layihə reallaşacaq. Teatrdan "Olaylar" - a bildirlib ki, bayram günü teatrla Dənizkənarı Bulvar İdarəsi birlikdə bulvar ərazisində açıq hava konserti reallaşdıracaqlar. Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının həvəskar aktyorları tədbirə dəvət olunacaq valideyn himayəsindən məhrum olmuş uçaqlar, eləcə də şəhər sakinləri qarşısında öz istedadlarını nümayiş etdirəcəklər.
“Mizan” Tələbə Dram Dərnəyinin premyerası
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin ifasında Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub. Fonddan “Olaylar” – a bildirlib ki, Pedaqoji Universitetin nəzdindəki Dövlət Pedaqoji Kollecində yaradılan “Mizan” Tələbə Dram Dərnəyinin (TDD) bədii rəhbəri Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Məmməd Səfa, layihənin koordinatoru Bilk Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlıdır. Premyerada Pedaqoji Kollecin direktoru Qulu Novruzov, müəllim və tələbə kollektivi, media nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.
"Aşka Yolculuk” olacaq
Mayın 25 - də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığıyla Azərbaycan Dövlət Musiqili Teatrında "Aşka Yolculuk chr("39")adlı teatr nümayişi keçiriləcək. Tamaşaya, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkilləri, protokol üzvləri, alimlər və bir çox sənətseverlər təşrif edəcəkdir.
Aydın Dadaşov adına təqaüd
Yuğ Dövlət Teatrının direktoru Kiyevdə
Gənc Tamaşaçılarda bu həftə
Musiqili Teatrda bu həftəsonu
Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 26, 27, 28 may tarixlərində saat 12.00 və 19.00-da "Qafqazlı qardaşqızı" (R. Hacıyev), "Qızıl cücə" (V. Ulanovski, V. Orlov), "Toya bir gün qalmış" (Ə. Səmədli), "Qırmızı papaq" (E. Sabitoğlu, Y. Şvarts), "Amerikalı kürəkən" (R. Mirişli, M. Haqverdiyev) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları - Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Səmayə Musayeva, Svetlana Bulax, Boris Qrafkin, Emma Məlikova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Marina Litvinenko, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Ruslan Mürsəlov, Gültac Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Fərid Rzayev, Səməd Xasıyev, Eleanora Mehdiyeva və başqalarının ifalarını izləyə biləcəklər.
Kukla Teatrında “Zəng“
Mayın 24 – də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında bir neçə aylıq fasilədən sonra yenidən "Zəng" tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, istedadlı aktyor Rəhim Rəhimovun iştirakı ilə nümayiş ediləcək mono-tamaşa onun doğum gününə təsadüf edəcək. Aylar öncə səhhətindəki ciddi problemlərlə əlaqədar səhnədən uzaq düşən və keçirdiyi ağır cərrahi əməliyyat sayəsində yenidən həyata qayıdan aktyor bununla sevimli tamaşaçılarına öz sevgi və ehtiramını nümayiş etdirəcəyini bildirdi: “Ötən bir neçə ayda çox ağır zaman keçirdim. Amma heç vaxt ümidimi üzmədim.
“Королевская корова” Bakını tərk etdi
Gənc Tamaşaçılar Teatrının qonağı olan Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdıraraq geri dönüb. Qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan səfər zamanı 20-21 may tarixlərində qonaqlar paytaxt tamaşaçılarına 4 tamaşa nümayiş etdiriblər. Teatrdan “Olaylar” – a bildirlib ki, Gürcüstan teatrı daimi tamaşaçılarımıza L.Titova və A.Starotorjskinin “Королевская корова” (“Kralın inəyi”) tamaşasını nümayiş etdirib. Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.
Ağarəfi Rəhimovun xatirəsi anılacaq
Mayın 21 – də özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Musiqili Teatrının aktyoru Ağarəfi Rəhimovun 65 yaşı tamam olur. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, bu münasibətlə teatrda mərhum aktyorun xatirəsi anılacaq. “Ağarəfi RəhimovAzərbaycan teatr sənətində məxsusi yeri, çəkisi olan aktyorlardan biri olub. Onun özünəməxsus ifa tərzini. Ağarəfi Rəhimov uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb, bir-birindən maraqlı obrazlara səhnə həyatı verib. Onun işıqlı xatirəsi qəlbimizdə daim yaşayacaq. ”, - deyə Dövlət Musiqili Teatrının Truppa müdiri, əməkdar mədəniyyət işçisi Vidadi Həsənov bildirib.
Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına təşəkkür edildi
“Brat Li” filminin imza günü
"Brat Li" bədii filminin imza günü keçirilib. Layihənin mətbuat katibi Fuad Mədətovun "Olaylar" - a verdiyi açıqlamasında bildirib ki, "CinemaPlus - 28 Mall"da təşkil olunan tədbir izdihamlı olub. Tədbirdə filmin baş qəhrəmanları məşhur döyüş ustası və aktyor Brüs Linin qüsursuz bənzəri olan Əfqanıstan vətəndaşı Abbas Əlizadə ilə yanaşı, aktyorlar İlkin Misgərli, Rüfət Nəzər, meyxana ifaçısı Oqtay Kamil, o cümlədən filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə və başqaları iştirak ediblər. Pərəstişkarları ilə görüşən filmin qəhrəmanları onlarla şəkil çəkdirib və birlikdə filmi izləyiblər.
.jpg)







_().jpg)


.jpg)

.jpg)