Kukla Teatrında “Zəng“
Mayın 24 – də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında bir neçə aylıq fasilədən sonra yenidən "Zəng" tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, istedadlı aktyor Rəhim Rəhimovun iştirakı ilə nümayiş ediləcək mono-tamaşa onun doğum gününə təsadüf edəcək. Aylar öncə səhhətindəki ciddi problemlərlə əlaqədar səhnədən uzaq düşən və keçirdiyi ağır cərrahi əməliyyat sayəsində yenidən həyata qayıdan aktyor bununla sevimli tamaşaçılarına öz sevgi və ehtiramını nümayiş etdirəcəyini bildirdi: “Ötən bir neçə ayda çox ağır zaman keçirdim. Amma heç vaxt ümidimi üzmədim.
23 May 2017 14:27 Teatr və kinoMayın 24 - də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında bir neçə aylıq fasilədən sonra yenidən "Zəng" tamaşası nümayiş olunacaq. Teatrdan "Olaylar" - a bildirilib ki, istedadlı aktyor Rəhim Rəhimovun iştirakı ilə nümayiş ediləcək mono-tamaşa onun doğum gününə təsadüf edəcək.
Aylar öncə səhhətindəki ciddi problemlərlə əlaqədar səhnədən uzaq düşən və keçirdiyi ağır cərrahi əməliyyat sayəsində yenidən həyata qayıdan aktyor bununla sevimli tamaşaçılarına öz sevgi və ehtiramını nümayiş etdirəcəyini bildirdi: "Ötən bir neçə ayda çox ağır zaman keçirdim. Amma heç vaxt ümidimi üzmədim. Daim yenidən tamaşaçılarımın, bizi sevgi ilə izləyən balaca teatrsevərlərin qarşısına çıxacağıma inandım. Bu ağır məqamda məndən dəstəyini əskik etməyən dövlətimizə, nazirliyimizə və çalışdığım kollektivə, ümumiyyətlə, teatra, sənətə sevgisi olan hər kəsə sonsuz təşəkkür edirəm. Xoşbəxtəm ki, yenidən doğma teatrımda, sevimli səhnəmdəyəm".
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.