Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına təşəkkür edildi
19 May 2017 11:50 Teatr və kinoBeynəlxalq Muzeylər günü ilə əlaqədar Tarixi Muzeyində "Muzey "Təşəkkür edir"" adlı tədbirdə Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı mükafata layiq görülüb.
Teatrdan "Olaylar" - a bildirlib ki, fevral ayında adıçəkilən muzeyin və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə muzeydə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "26-cı ümid" adlı anım tədbiri keçirilib. Tədbirdə Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı, Azərbaycan Rəssamlar və Teatr Xadimləri İttifaqının üzvü Elşən Sərxanoğlunun "26-cı ümid"adlı triptix formalı rəsm əsərinin təqdimatı və teatrımızın aktyorlarının ifasında eyniadlı kompozisiya nümayiş etdirilib.
Kompozisiyada çıxış edən teatrın istedadlı aktyorları Zemfira Əbdülsəmədova, Səbinə Məmmədova, Anar Seyfullayev, Bəhram Həsənov, texniki heyət nümayəndələri Rəhilə Məlikova, Rafael Xəlilov, Zaur Rəşidov, Ramiq Nəsirov "AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "26-cı ümid" adlı anım tədbirinin təşkili və keçirilməsində fəal iştirakına görə" muzeyin döş nişanı və "Təşəkkürnamə"si ilə təltif olunublar.