Teatr və kino

Şövkət Məmmədovanın 120 illik yubileyi - Opera və Balet Teatrında

2 Oktyabr 2017 13:04

Oktyabrın 11-də Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq. Olaylar bildirir ki, tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunub. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir. Ölməz sənətkarın xatirəsinə həsr edilmiş tamaşada teatrın aparıcı solistləri -  əməkdar Artistlər İnarə Babayeva, Fərid Əliyev, Cahangir Qurbanov, Əkrəm Poladov, Xalq Artisti Əli Əsgərov  və gənc solist Nina Makarova çıxış edəcəklər.

Nizami Kino Mərkəzində uşaqlara pulsuz seans

2 Oktyabr 2017 13:01

Mədəniyyət və Turizm Baş Idarəsinin “Turizm həftəsi” lahiyəsi çərçivəsində və Nizami Kino Mərkəzinin dəstəyiylə Binədə yerləşən “Ümüd” uşaq sığınacağının sakinlərinə 3D formatında çəkilmiş ABŞ istehsalı olan “Leqo Nindzyaqo” animasiya filmi nümayiş olunub. Olaylar bildirir ki, Mədəniyyət və Turizm Baş İdarəsinin və Nizami Kino Mərkəzinin əməkdaşları bu nümayişi tam təmənnasız təşkil ediblər.

Teatr direktoru vəfat etdi

1 Oktyabr 2017 10:43

Gəncə Dövlət Kukla teatrının direktoru vəfat edib. Teatrın direktoru 58 yaşlı Bayram Fətəliyev oğlu ilə yolda gedərkən özünü pis hiss edib və dərhal Gəncə şəhər təcili tibbi xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də onun dünyasını dəyişdiyi məlum olub.

Həyat yoldaşını başqa kişi ilə görən ər daha sonra hansı addımları atacaq – “İkinci Pərdə”

29 Sentyabr 2017 14:39

Alov Qüllələrində yerləşən Park Cinema kinoteatrında “İkinci Pərdə” filminin treyleri təqdim olundu. 16 noyabr tarixindən böyük ekranda yayımlanması gözlənilən filmin Rejissoru Emil Quliyev, Baş Prodüseri isə Orxan Mərdandır. Olaylar bildirir ki, filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.  

“Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi davam edir

28 Sentyabr 2017 09:44

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi davam edir. Müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə kino sahəsində özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulur.

Əməkdar artist Boris Qrafkinin 80 illik yubileyi qeyd olunacaq

28 Sentyabr 2017 09:27

 Musiqili Teatrının aktyoru, Respublikanın Əməkdar artisti Boris Qrafkinin 80 yaşı tamam olub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar - a bildirib ki, uzun illərdir Musiqili Teatrın rus bölməsində aktyor və rejissor kimi fəaliyyət göstərən, özünəməxsus ifa tərzi ilə tamaşaçıların sevgisini qazanan B. Qrafkinin 80 illik yubileyi 29 sentyabr tarixində saat 19.00-da qeyd olunacaq. Bu münasibətlə dünya şöhrətli macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası nümayiş olunacaq. Yubiliyar tamaşada əsas rollardan biri olan Knyaz Volyapuk obrazını canlandırır. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinskidir.

Teatrda PREMYERA

27 Sentyabr 2017 13:34

Sentyabrın 29-u saat 19:00-da Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının premyerası baş tutacaq. Olaylar bildirir ki, “Cəza” tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

Oktyabr ayı Milli Dram Teatrında

26 Sentyabr 2017 09:37

Akademik Milli Dram Teatrının oktyabr ayı üçün nəzərdə tutulan repertuarı açıqlanıb. Qurumun mətbuat xidmətindən "Olaylar" - a verilən məlumata görə, növbəti ay üçün nəzərdə tutulan repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan maraqlı tamaşalar yer alıb. Səhnə əsərləri saat 12:00 və 19:00-da təqdim olunacaq.

"Azərbaycanın Milli qəhrəmanları" filmi nümayiş olunub

26 Sentyabr 2017 09:11

Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində və mədəniyyət müəssisələrində 15 sentyabrdan etibarən kino mövsümü başlayıb. "Olaylar" bildirir ki, İdarənin Müşviqabad qəsəbə Mədəniyyət evində "Azərbaycanın Milli qəhrəmanları" filmi nümayiş etdirilib. Film nümayişləri qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb.

“Çölçü” beynəlxalq mükafata layiq görüldü

25 Sentyabr 2017 15:11

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü” filmi Kəlküttə beynəlxalq “Cult” filmləri festivalının “Golden Fox Awards” (“Qızıl tülkü”) mükafatının qalibi olub. Kinostudiyadan verilən məlumata görə, Hindistanın Kəlküttə şəhərində dekabrın 5-6-da keçiriləcək festivalın mükafatlandırma mərasiminə filmin rejissoru Şamil Əliyev dəvət alıb.

“Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları təqdim olundu

25 Sentyabr 2017 13:10

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. Beynəlxalq  nüfuza malik olan  tədbirdə Musiqili Teatrı da iştirak edib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, festivalda Musiqili Teatrının ifasında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları təqdim olunub.

Şəki Dövlət Dram Teatrı mövsümü Avropa İttifaqı ilə birgə açıb

25 Sentyabr 2017 13:06

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı üçün 138-ci mövsümün  açılışı  Avropa İttifaqı Azərbaycan Nümayəndəliyi ilə əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən “Avropa İttifaqı Avtobus Turu-2017” layihəsi çərçivəsində silsilə tədbirlərdə  iştirakla yadda qalıb. “Olaylar” bildirir ki, açılışın ilk günü, Teatr Studiyasının tələbələri səhnələşdirilmiş üç Avropa nağılının oxusu üçün Qax şəhərində, kiçik yaşlı şagirdlər qarşısında çıxış ediblər. Axşam isə Şəki Dövlət Daram teatrında  H.X. Andesonun nağılı əsasında hazırlanmış “Kralın yeni libası” tamaşasının premyerası baş tutub. Tamaşa ilk olaraq Qax və Şəki məktəbliləri üçün göstərilib.

"Kənddə sonuncu yəhudi" sənədli filmi "Rommy" mükafatı uğrunda mübarizə aparacaq

25 Sentyabr 2017 09:39

Azərbaycanlı rejissor, aktyor, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi Böyük Britaniyanın Romford film festivalı çərçivəsində 2017-ci ilin ən yaxşı filmləri siyahısına seçilib. Film festivalın "Rommy" mükafatı uğrunda mübarizə aparacaq. Film ailəsi, qohumları İsrailə köçsə də, doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir.

Gənc Tamaşaçılar Teatrı  90 - cı yubiley mövsümünə start verdi

23 Sentyabr 2017 21:55

Sentyabrın 23-də Gənc tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümünə start verdi. Teatrın səhnəsində böyük M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası nümayiş olunub. T"Olaylar" bildirir ki, tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar artisti, Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Mübariz Həmidov , teatrın veteran aktyorları və ötən mövsümdə “Sima” mükafatına layiq görülmüş əməkdaşları mövsümün açılışı ilə əlaqədar tamaşaçıları salamlayaraq təbrik etdilər. Teatrın direktoru çıxışı zamanı diqqətə çatdırdı ki, bu il ADGTT özünün 90 illik yubileyinə hazırlaşır.

Milli Dram Teatrı  mövsümü "Qarabağnamə" ilə açdı

23 Sentyabr 2017 18:28

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümü “Qarabağnamə” tamaşası ilə açıb. "Olaylar" bildirir ki, Xalq Yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.