Teatr və kino
Musiqili Teatrda - “Molla Nəsrəddinin beş arvadı”
Sentyabrın 22 – də Dövlət Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası nümayiş olunacaq. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” - a bildirib ki, ötən - 107-ci teatr mövsümünə məhz bu tamaşanın premyerası ilə yekun vurulub. Dilsuz Mustafayevin Azərbaycan dilinə tərcümə etdiyi səhnə əsərinin ilk baxışdan sadə süjet xəttinə malik olduğu görünsə də, hadisələr inkişaf etdikcə əslində, bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəh-qəhə dolu situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır.
“Şəhadət” filminin təqdimat mərasimi keçirilib
Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan partiyasının fəal gəncləri və dini icma nümayəndələri iştirak ediblər. Tədbirdə sənədli film nümayiş etdirilib.
Nizami Kino Mərkəzində yenilik
“Leyli və Məcnun” operası ilk dəfə Moskvada tamaşaya qoyulacaq
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası oktyabrın 16-da ilk dəfə Moskvada tamaşaya qoyulacaq. Səhnə əsəri Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nümayiş olunacaq. Tamaşada Məcnun obrazında xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə Beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.
Bərdia Kiyarəs Musiqili Teatrda
Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. 26 sentyabra qədər davam edəcək bu nüfüzlu festivalda Musiqili Teatrı da iştirak edəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Musiqili Teatr festival çərçivəsində dahi Üzeyir Hacıbəylinin iki əsərini – 23 sentyabr tarixində “Arşın mal alan”, 24 sentyabr tarixində isə “O olmasın, bu olsun” tamaşalarını təqdim edəcək. Bu dəfə Dövlət Musiqili Teatrının Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakının xüsusi bir özəlliyi var. Belə ki, festival çərçivəsində nümayiş olunacaq hər iki tamaşanı İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, dirijor Bərdia Kiyarəs idarə edəcək.
Tələbələr Rus Dram Teatrının səhnəsində
Mədəniyyət və İncəsənət Universitetinin tələbələri S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yeni mövsümünün açılışında iştirak ediblər. “Olaylar” bildirir ki, Univesitetin musiqi sənəti kafedrasının tələbələri Pərvin Paşazadə, Ziya Bağırov, İlqar Paşayev, Hüseyn İbrahimov fransız dramaturqu Ejen İoneskonun "Kral ölür" pyesi əsasında hazırlanmış "Mərasim" adlı tamaşasının premyerasında yer alıblar. Bütün yayı teatrın truppası ilə məşq edən tələbələr tamaşada uğurla çıxış ediblər.Səhnə əsərində Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar artist Mehriban Zəki, aktyorlar Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, kütləvi səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.
"Səsimi unutma" 29-cu mövsümün açılışında
Sentyabr ayının 20-də Azərbaycan Dövlət YUĞ Teatrı K. Abdullanın "Bir, iki, bizimki" pyesi əsasında hazırlanmış "Səsimi unutma" tamaşası ilə 29 - cu mövsümü açacaq. "Olaylar" bildirir ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Amid Qasımovdur.
“Əli və Nino” filmi Dubayda nümayiş etdirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” bədii filmi Dubayda təqdim olunub. Dubay Əmirliyinin möhtəşəm “Emirates Mall” mərkəzində nümayiş olunan "Əli və Nino" filmi tamaşaçıların böyük marağına səbəb olub. Bu kimi əsərlər Azərbaycanın hələ qədimdən, tolerantlıq və multikulturalizm diyarı olduğunun bariz nümunəsidir.
“Kontrabas” “ Mariya” Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək
Oktyabrın 4-9 tarixlərində Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində keçiriləcək “ Mariya” Beynəlxalq Monotamaşaları Festivalında Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə ölkəmizi təmsil edəcək. “Olaylar” bildirir ki, tamaşa Azərbaycan və rus dillərində oynanılır. Səhnə əsəri indiyədək İran, Türkiyə, Moldova, Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında bir sıra mükafatlara layiq görülüb.
Kəmalə Hüseynova mükafatlandırıldı
Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib. "Olaylar" bildirir ki, teatr M.Kərim adına Milli Gənclər Teatrının səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” mono tamaşası ilə çıxış edib. “Cəza” tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edir. Aktrisa Kəmalə Hüseynova festivalda “İsteadalı ifaya görə” Başqırdıstan Mədəniyyət nazirliyinin xüsusi diplomuna layiq görülüb.
“Kingsman: Qızıl dairə” təqdim olundu
Park Cinema IMAX-da “Kingsman:Qızıl dairə” filminin eksklüziv nümayişi baş tutdu. “Olaylar” bildirir ki, tədbirdə tanınmış jurnalistlər, bloggerlər, rejissorlar və özəl şirkət nümayəndələri iştirak ediblər. Filmin 2015-ci ildə ekranlara çıxan birinci hissəsi kino sahəsində böyük nailiyyətlərə və müsbət rəylərə səbəb olub. İkinci hissə də həmçinin rejissor Metyu Von tərəfindən çəkilib. Müsahibələrinin birində o, filmin davamının çəkilməsinə ehtiyacın olub-olmamasında şübhə duyduğunu etiraf etmişdi: “Bu filmi çəkmək istədiyimi dəqiq bilmirdim. Caniyə görə narahat idim, çünki cəsus filmlərində müvəfəqiyyət daha çox canidən asılıdır. Lakin səhərlərin birində oyanıb necə bir hekayə və hansı caninin mənə lazım olduğunu anladım” – deyə, bildirib.
Musiqili Teatrda 108-ci mövsümün açılışı olub
Musiqili Teatrında yeni - 108-ci teatr mövsümünün açılışı olub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, bayram əhval-ruhiyyəli açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış içtimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı ötən mövsümdə qazanılan uğurlar, qarşıdakı hədəflər və yeni tamaşalar haqqında danışıb. Daha sonra dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası tamaşaçılara təqdim olunub. Anşlaqla keçən açılış mərasimi və tamaşa izləyicilər tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.
“Traviata” nümayiş olunacaq
Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq. “Olaylar” bildiriri ki, tamaşada əsas partiyalarda teatrın aparıcı solistləri - əməkdar artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor Qrevil), Xalq Artisti, Vokalçıların Bülbül adına adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi) və Nina Makarova (Flora) çıxış edəcəklər.
“Nar bağı” növbəti festivalda
İlqar Nəcəfin “Nar bağı” bədii filmi Hollandiyada keçirilən “Film by the Sea” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub. Filmin nümayişlərində rejissor İlqar Nəcəf iştirak edib. Filmin dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. “Nar bağı” həmçinin 11-ci "Asia Pacific Screen Awards" (APSA) mükafatına namizədlərin siyahısında yer alıb və Milli Komissiyanın qərarı ilə Amerika Kino Akademiyasının Oskar Mükafatına “Xarici dildə ən yaxşı film” nominasiyasına təqdim edilmək üçün seçilib. Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub.
İftixar Piriyev, Samiraldo və Samir Bağırov
Bir neçə gündür ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, teatrın direktoru İftixar Piriyev və orada baş verənlər haqqında yazmayan sayt qalmayıb. İlk yazı dərc edilən gündən İftixar Piriyev başlayıb itdən, pişikdən yazmağa. Statuslarda bircə "hav-hav" yazmağı qalıb. Yəqin 2-3 yazıdan sonra onu da yazar. Biz ondan yazırıq, o da özünü müdafiə etmək əvəzinə itdən, pişikdən döşəyir. Doğrusu, özü demişkən "Vikipedia"sına baxdım, sonra "google"-da axtarış verdim ki, bəlkə nə vaxtsa zooparkda çalışıb, amma belə bir məlumata rast gəlmədim. Niyə məhz özü demişkən? Çünki hələ teatrın baş rejissoru olmuş Oruc Qurbanovun onun barəsində yazdıqları barədə Piriyevdən açıqlama alarkən demişdi ki, mənim barəmdə hər şey "vikipedia" və "google"-da var. Yəni, bu adam 57 yaşına gəlib çatıb. Hələ də ağlı kəsmir ki, həmin mənbələrdə istənilən şəxs haqqında istənilən məlumatı dərc etmək olar. Məsələn, elə it-pişik haqqında yazdığı yazıları da.
.jpg)



.jpg)
.jpg)





.jpg)


