Sosial

Kamal Abdulla Hindistan səfiri ilə görüşüb

8 Sentyabr 2017 16:16

Sentyabrın 8-də  Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb. “Olaylar” bildirir ki, səfiri universitetdə görməkdən məmnunluğunu bildirən rektor Hindistan səfirliyi ilə ADU arasında çox sıx və faydalı əməkdaşlıq mövcud olduğunu xatırlatdı. Hindistandan gələn alim və mütəxəssislər müntəzəm olaraq ADU tələbələri ilə ünsiyyətdə olurlar. Rektor səfirliyin ADU tələbələri ilə ünsiyyətinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. K.Abdulla səfirdən xahiş edib ki, sanskrit dilini bilən mütəxəssisin ADU-ya gələrək burada çalışmasına da yardım göstərsin. Onun sözlərinə görə, həmin mütəxəssisin təkcə Hindistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə deyil, digər tələbələrə də sanskrit dilini tədris etməsi linqvistika baxımından çox faydalı olar.

Qəbələdə meşə yanğınları tam söndürüldü

8 Sentyabr 2017 16:12

Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınlar tam söndürülüb. Bu barədə  özəl olaraq FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovdeyib. O, yanğınsöndürmə əməliyyatlarında FHN-nin 630 nəfər şəxsi heyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 250 nəfər canlı qüvvəsinin, 30 polis əməkdaşının və 2 təcili tibbi yardım briqadasının iştirak etdiyini bildirib.

Ağdamda bir ailənin 7 üzvü ev yeməyindən zəhərləndi

8 Sentyabr 2017 16:05

Ağdamda qidadan zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Zəngişalı kəndində baş verib. Yaxınlarının təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırdığı 1995-ci il təvəllüdlü Süleymanova Nərmin Mətləb qızı, 1992-ci il təvəllüdlü Süleymanov Nicat Şöhlət oğlu, 1988-ci il təvəllüdlü Həsənova Nuranə Üzeyir qızı, 1970-ci il təvəllüdlü Süleymanova Telli Səməd qızı, 1964-cü il təvəllüdlü Süleymanova Radə Mirzalı qızı, 1959-cu il təvəllüdlü Həsənova Bəsurə Səməd qızı və 1935-ci il təvəllüdlü Süleymanova Zərifə Həsən qızına həkimlər tibbi yardım göstərib.

Elm sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritetdir

8 Sentyabr 2017 16:02

«Elm sahəsinin inkişafı həmişə Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub və gün də prioritet istiqamət kimi qalmaqdadır». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov səsləndirib. O, bildirib ki, son illərdə bu sahədə nəzərə çarpan irəliləyişlər əldə edilib. Onun sözlərinə görə, «Elm haqqında» qanun bu baxımdan bu sahənin inkişafına müsbət təsir göstərir.

Paytaxt məktəbləri yeni dərs ilinə hazırdır

8 Sentyabr 2017 16:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri 2017-2018-ci tədris ilinə tam hazırdır. Bu barədə məlumat “OLAYLAR”-a BŞTİ-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, növbəti dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey üçün yeni bina inşa olunub.

Dərslər sentyabrın 18-dən başlayacaq?

8 Sentyabr 2017 15:52

Təhsil Nazirliyi orta məktəblərdə həftənin cümə gününə düşdüyü üçün dərslərin sentyabrın 15-dən deyil, sentyabrın 18-dən - bazar ertəsi günündən başlanılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Ölüm qasırğası: təhlükədən necə qorunmalı?

8 Sentyabr 2017 15:45

Bir neçə gündür ki, yer üzərində güclü geomaqnit həyəcanlaşması baş verir. Mütəxəssislər isə bu maqnitləşmənin hələ qarşıdan gələn günlərdə də davam edəcəyini bildirib. Bəs, görəsən, bu maqnit qasırğası insanların səhhətinə necə təsir edir? Bunun mənfi təsirlərindən qorunmaq üçün hansı tədbirlərdən istifadə etmək lazımdır?

Əmək Nazirliyi əlilliyi olan şəxsləri 20128 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib

8 Sentyabr 2017 15:40

Cari ilin 8 ayı ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 20128 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar.

Soydaşımız Yeni Zelandiyada parlament seçkilərində iştirak edəcək

8 Sentyabr 2017 15:30

Yeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədov sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacaq. T. Məmmədovun namizədliyi Yeni Zelandiyanın Leyboristlər Partiyası tərəfindən irəli sürülüb. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

Səfir Ramin Həsənov: “Azərbaycan və alman xalqlarının dostluğu zəngin tarixə söykənir”

8 Sentyabr 2017 15:30

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “Business & Diplomacy” jurnalının “Səfirlə söhbət” (“Botschafter-Gespärch”) silsiləsindən növbəti qonağı olub. Səfir jurnalın baş redaktoru Rayner Şubertin, tədbir iştirakçılarının Azərbaycana aid suallarını cavablandırıb. “OLAYLAR”-ın xəbərinə görə, Ramin Həsənov Azərbaycanda alman məskənlərinin salınmasından da söhbət açıb.

12 rayonun bələdiyyə xəritəsi hazırlanır

8 Sentyabr 2017 15:26

Torpaqların Elektron Kadastr Uçotu işlərinin məlumatları əsasında respublika üzrə yeni bələdiyyə xəritələri hazırlanır. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə,  görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı Cəlilabad rayonunda regional maarifləndirici forum keçirilib.

Sadıq Elcanlı yazır... Öz yolunun sahibi Sahib

8 Sentyabr 2017 15:13

   Telefonum zəng çaldı. Köhnəlməyən köhnə dostlarımdan biri idi. – Bu günlərdə 70 yaşım tamam olur, - dedi və susdu; əzəli-əbədi dağlar, daşlar, gəldi-gedər buludlar, axıb tükənməyən çaylar kimi susdu...

Azərbaycan dövləti azad medianın inkişafında maraqlıdır

8 Sentyabr 2017 15:11

Bu gün müstəqil Azərbaycanda söz və ifadə azadlığı yüksək səviyyərə təmin olunur. Etiraf edilməlidir ki, Azərbaycanda demokratiyanın təməl prinsiplərindən olan söz və mətbuat, informasiya əldə etmək, sərbəst toplaşmaq kimi azadlıqların təmin olunması sahəsində atılan addımlar bir sıra ölkələr üçün örnək hesab oluna bilər.

UNICEF həyacan təbili çalır

8 Sentyabr 2017 15:00

UNICEF Nigeriyanın şimal – şərqində  xolera epidemiyasından ilə əziyyət çəkən 1,4 milyon insanın həyatı üçün həyacan təbili çalır. “Olaylar” bildirir ki, bölgədə xolera epidemiyasından həlak olanların sayı 28 - ə çatıb. UNICEF "Nigeriyanın şimal-şərqində 1,4 milyon insan yaşayır və 5 yaşdan kiçik uşaqları da daxil olmaqla 350 uşağın həyatı təhlükədədi", deyə açıqlama verib.

Həmyerlisini ov tüfəngi ilə vurdu

8 Sentyabr 2017 14:59

Sabunçu rayon sakini həmyerlisinə tüfəngdən atəş açaraq xəsarət yetirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.