Sosial
“Qızım səni alıram, həyat yoldaşım ol” - Tələbəsi ilə evlənən Şeyx Əbdül
Azərbaycana daha çox haradan turist gəlib?
Azərbaycan bu il ərzində 25 ölkədən xarici vətəndaş qəbul edib. Azərbaycanın daha çox xarici vətəndaş qəbul etdiyi ölkələr sırasında Rusiya liderlik edir. Azərbaycana daha çox turistin gəldiyi ilk 5 ölkənin siyahısında sonrakı yerləri Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi tutur. Ardıcıllıq üzrə Azərbaycana daha sonra Ukrayna, İraq, Qazaxıstan, Birləşmiş Krallıq, Səudiyyə Ərəbistanı, Oman, Özbəkistan, Almaniya, ABŞ, Türkmənistan, Belarus, Pakistan, İsrail, Hindistan, Küveytdən turist gəlir. Azərbaycanın nisbətən daha az turist qəbul etdiyi siyahıdakı sonuncu 5 ölkə isə İtaliya, Çin, Fransa, Qətər, Niderlanddır.
Bakıda güclü yanğın: Göyün üzünü tüstü aldı
Bakının Buzovna qəsəbəsində güclü yanğın başlayıb. Bu barədə yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, Xəzər rayonu Buzovna qəsəbədə güclü yanğın başlayıb. Yanğından çıxan tüstü o qədər güclüdür ki, az qala bütün göy üzünü alıb. Hələlik yanğının dəqiq ünvanı və səbəbləri barədə məlumat verilmir.
BQXK: Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətini daim diqqətdə saxlayırıq
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseranı qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Müvəkkil onlara Ombudsman təsisatının fəaliyyəti, müxtəlif əhali qruplarının, həmçinin girov və ya əsir götürülmüş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Ermənistanın Azərbaycana 25 ildən artıq müddətdə hərbi təcavüzünün davam etməsi, əsir və girov soydaşlarımızın, o cümlədən Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılmaması, dünya ictimaiyyətinin bu qeyri-hüquqi, qeyri-insani hadisəyə hələ də susqunluqla yanaşdığının beynəlxalq hüquq normalarına uyğun olmaması ilə bağlı narahatlığını ifadə edib.
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin könüllüləri ilə görüş keçirilib
könüllülərlə görüşü təşkil olunub. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci vise-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda iki il ardıcıl keçirilən marafon yarışlarının böyük marağa səbəb olduğunu bildirib. Qeyd edilib ki, Regional İnkişaf İctimai Birliyi tərəfindən bölgədə belə bir yarışın təşkil olunması təklifi irəli sürülüb. Regionda ilk dəfə keçirilən Gəncə marafonunda 11 min şəxsin iştirak etməsi bu layihəyə bölgələrdən də marağın böyük olduğunu göstərir.
Təhsil Nazirliyi zorlanan müəllimə yenə iş söz verdi - YENİLƏNİB
Birinci sinfə şagird qəbulunun vaxtı uzadıldı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2017-2018-ci tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib. Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərməklə BŞTİ-yə yazılı müraciəti əsasında sentaybrın 16-dan oktyabrın 15-dək aparılır. Həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
MTRŞ: Əvvəlki dövrlərdə verilişləri bağlanmış aparıcılar baş verənlərdən dərs götürməyiblər
“Yeni efirə çıxan müzakirə xarakterli, bəzi şou verilişlərdə müşahidə olunan bir çox hallar təəssüf doğurur” “Bir çox hallarda aparıcıların verilişlərdə qalmaqalların katalizatoru və təşkilatçısı rolunu oynamaları diqqəti cəlb edir. Müşahidələr göstərir ki, belə hallara daha çox əvvəlki dövrlərdə milli-mənəvi dəyərlərə riayət edilməməsi və ya digər qanun pozuntuları səbəbindən apardıqları verilişləri bağlanmış aparıcılar yol verir. Görünür, onlar baş verənlərdən dərs götürməyiblər”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Azercell “Gəncə Marafonu - 2017-nin eksklüziv tərəfdaşı
Şirkətin rəsmi dəstəyi ilə yanaşı, onlarla Azercell əməkdaşı da marafona qatılaraq 17 km-lik yürüş etdi. Ölkəmizdə hər zaman idmanın inkişafına, sağlam həyat tərzinə yönəlik layihələrin carçısı olmuş Azercell Telekom sentyabrın 17-də Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşəbbüsü vəGəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan “Gəncə Marafonu - 2017” layihəsinin eksklüziv tərəfdaşı qismində çıxış etdi. Azərbaycanın qədim mədəniyyət incisi Gəncə “Tarixlə addımla!” şüarı altında regionlar arasında keçirilmiş marafona ev sahibliyi edən ilk şəhər oldu. Müxtəlif ölkələrdən olan 11 min iştirakçını əhatə edən Marafon Gəncə şəhərində yerləşən “Zəfər Tağı”ndan start götürərək Heydər Əliyev adına park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə etdi.
Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətləri mühüm rol oynayır
Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının da daha münbit şəraitdə inkişaf etməsi istiqamətində bir sıra işlər görülüb. Xüsusən, vətəndaş cəmiyyətlərinin sərbəst şəkildə fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, beynəlxalq sənədlərin ratifikasiyası tədqirəlayiq haldır. Artıq görülən işlərin nəticəsidir ki, Azərbaycanda beynəlxalq qlobal məsəllərin həllinə öz töhvəsini verən Qeyri-Hökumət Təşkilatları fəaliyyətdədir. Onu da xatırladaq ki, hələ müstəqilliyin ilk illərində "İctimai birliklər haqqında qanun"un qəbul olunması və 200-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınsa da, demək olar ki, bu sahədə heç bir irəliləyiş hiss olunmamışdı. Ölkədə davam edən qeyri-sabitliyin, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə 1993-1995-ci illərdə aparılan mühüm tarixi tədbirlər nəticəsində ölkədə siyasi sabitlik və cəbhədə atəşkəs təmin olundu.
QMİ Allahşükür Paşazadənin oğlu ilə bağlı yayılan məlumatlar barədə
“Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti olaraq bildiririk ki, son günlər İdarənin sədri ilə bağlı yayılan məlumatlar iftira xarakterli olub, Sədrin şəxsinə və Şeyxülislam məqamında fəaliyyətinə kölgə salmaq məqsədi güdən təxribatlardır”. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətindən bildirilib. “İdarənin genişmiqyaslı fəaliyyəti, ölkə xaricində həyata keçirdiyi nüfuzlu beynəlxalq tədbirlər, ölkə daxilində reallaşdırdığı layihələrin önəmini azaltmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində dinlərarası dialoq müstəvisində əldə etdiyi nailiyyətləri gözdən salmaq məqsədilə aparılan məqsədyönlü qaralama kampaniyasını qətiyyətlə pisləyir və gündəmə gətirilən saxta məlumatları təkzib edirik.
Azərbaycanda radio rəhbəri qalmaqallı şəkildə bütün heyəti ilə işdən çıxarıldı
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə aid 107.7 FM dalğasında yayımlanan "Avto Radio"nun rəhbəri Cavid Nemətzadə və komandası işindən ayrılıb. On beş nəfərlik komandadan on ikisi iş yerini tərk edib. C.Nemətzadə əməkdaşımızla söhbətində faktı təsdiqləyib: "Sentyabrın 9-dan rəhbərlik qərara aldı ki, menecment idarəetməni "Beat Group"a təhvil versin. "Avto Radio" mənimlə yarandı, mənimlə də getdi. Artıq rebrending edərək, adını da dəyişiblər. "Instagram" səhifələrində də dəyişiklik var. Rəhbərlik "Beat Group"la işləmək və yeni mahnılar vermək qərarına gəldi. Mənə deyilən səbəb bu idi. Görünür, mənim götürdüyüm istiqamət, retro rəhbərliyin xoşuna gəlmir, yeni mahnılar eşitmək istəyir.
Bakıda cinsi azlıqlara qarşı şok əməliyyat - 100 nəfər saxlanılan var
Dövlət Sosial Müdafiə Fondunun 8 rayon şöbəsinin əməkdaşları üçün seminar müşavirə təşkil olunub
Ölkəmizin pensiya qanunvericiliyindəki son dəyişikliklər pensiya təminatı sisteminin müasir tələblərə uyğun təkmilləşməsinə, qabaqcıl dünya təcrübəsi əsasında pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsinə, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırılmış uyğunluğun yaradılmasına imkan verib. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya qanunvericiliyindəki son dəyişikliklərlə əlaqədar Masallı rayonunda keçirdiyi seminar-müşavirədə bildirilib. Tədbirdə Fondun Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Biləsuvar, Neftçala və Cəbrayıl rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak edib.














