Sosial
“Həmrəylik” gənclərin düşərgəsi keçiriləcək
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Həmrəylik” gənclərin yay düşərgəsi layihəsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a adıçəkilən təşkilatdan daxil olub. Bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələri və yerli gəncləri bir araya toplayaraq, onların tolerantlıq mədəniyyətinin artırılmasına, həmrəylik anlayışının dərki, əməkdaşlığının güclənməsinə töhfə vermək üçün şərait yaratmaqdır. 4 gün ərzində keçirilən düşərgədə mədəniyyətlərarası dialoq, həmrəyliyin ideyalarının təbliği və yayılması mexanizmlərini, layihə idarəolunması, qeyri-formal təhsildə keyfiyyətin təmin olunması mövzularında təlim kursları baş tutacaq.
Ziya Məmmədov evini satışa çıxardı – Qiymət?
Sabiq nəqliyyat naziri Ziya Məmmədov evini satışa çıxarıb. Z.Məmmədovun evini hansı səbəbdən satdığı açıqlanmır
Eldar Mahmudovun 2-ci bankiri də həbsə göndərilir - İDDİA
Gədəbəyin Novo - İvanovka kəndindən qorxunc görüntülər
Payız Azərbaycana sentyabrın 23-ü qədəm qoyacaq
Bu il payız fəsli Azərbaycana sentyabrın 23-ü yerli vaxtla saat 00:02-də qədəm qoyacaq. "Olaylar" bildirir ki, bunu AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, bu tarixdə yay fəsli başa çatacaq və ölkə ərazisinə payız fəsli daxil olacaq.
Səyyar ASAN xidmət Goranboyda
Səyyar ASAN xidmət 19 sentyabr – 5 oktyabr tarixlərində Goranboy şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "Olaylar" bildirir ki, bundan başqa Səyyar ASAN qatar 5 - 19 sentyabr Horadiz şəhərində, səyyar avtobuslar isə 6 sentyabr – 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, 6 – 20 sentyabr Hacıqabul şəhəri və Abşeron rayonunun Güzdək qəsəbəsində, 6 – 25 sentyabr Göyçay şəhərində, 12 - 26 sentyabr Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Permanent toy soyğunu
Varlı türk qızları belə əylənir — FOTO
Bakıda yol polisi qızının ölüm xəbərini alan qadın sürücüyə yardım etdi
Məhəmmədhüseyn Şəhriyar anıldı – AMEA - da
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında XX əsr Azərbaycan və fars ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məhəmmədhüseyn Şəhriyarın vəfatının 29-cu ildönümü ilə əlaqədar ədibin xatirəsi yad edilib. “Olaylar” bildirir ki, tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq şairin həyat və yaradıcılığından, poeziyaya verdiyi töhfələrdən danışıb. Bildirib ki, fars və Azərbaycan dillərində şeirlər yazan M.Şəhriyar dünyanın klassik şairləri arasında mühüm yer tutur. Onun dərin məzmunlu əsərlərində bəşəri-humanist ideyalar, real və ideal aləm, insan taleyi, şəxsiyyət və zaman kimi fəlsəfi mahiyyət daşıyan problemlər əksini tapır.












.jpg)

