Sosial
DİN-ə yeni səlahiyyət verildi
Daxili İşlər Nazirliyinin rəhbərliyinə yeni səlahiyyət verilib. Nazirlər Kabineti bununla bağlı "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.
Doğuş zamanı körpə öldü
Tovuzda doğuş zamanı ölüm hadisəsi baş verib. Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Zəlqələm Çingiz qızı İsmayılzadə Tovuz Rayon Mərkəzi Xəstəxansının Doğuş şöbəsinə aparılıb. Doğuş zamanı dünyaya gələn qız uşağı ölüb. Bu, qadının ilk doğuşu olub.
“Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq”
İlham Mirzəyev üzə çıxdı
Keçmiş teleaparıcı İlham Mirzəyev uzun fasilədən sonra üzə çıxıb. Azadlığa çıxandan sonra mətbuatdan uzaq gəzib-dolanan aparıcı Mətanət İsgəndərlinin qızının toy mərasiminə qatılıb. Toyda çəkilən fotonu müğənni Nazənin sosial şəbəkədə paylaşıb.
MEK-də 2017-ci ilin ilk səkkiz ayı üzrə ümumi hesabat iclası keçirilib
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) 2017-ci ilin səkkiz ayı üzrə hesabat iclası keçirilib. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-də olan son yeniliklərdən, struktur dəyişikliklərindən bəhs edərək gündəlikdə duran məsələləri açıqlayıb. Daha sonra MEK-in şöbələri və onlara daxil olan sektorların 2017-ci ilin səkkiz ayı üzrə hesabatları məruzə edilib. İnformasiya texnologiyalarının hazırlanması və tətbiqi şöbəsinin müdiri Sübhi Tağıyev bildirib ki, MEK-in kompüter sisteminin təhlükəsizliyi üçün yeni avadanlıqlar quraşdırılıb, yaradılmış sistem və şəbəkələrin inteqrasiyası ciddi nəzarətdə saxlanılır.
Bakıdakı yanğında polis zəhərlənib
Sentyabrın 22-də saat 10:00 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində yanğın baş verib. Bu haqda “Olaylar”a Daxili İşlər Nazirliyindən məlumat verilib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.
İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi
Təşkilat bu mövzuda “dəyirmi masa”lara Gəncədən başlayıb İMC-nin “Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində reallaşdırılması nəzərdə tutulan “İranlı Mühacirlər Cəmiyyəti-mühacirətin dünyəvi Azərbaycan modeli” mövzusunda ilk “dəyirmi masa”sı dünən Gəncədə düzənlənib. Tədbirə qədim şəhərdə və Gəncəbasarda yaşayan iranlı mühacirlər və övladları, eləcə də burada fəaliyyət göstərən müxtəlif qurumların təmsilçiləri qatılıblar. Öncə onlar Ulu Öndərimiz Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsini ziyarət ediblər və ora gül-çiçək düzüblər.
Vergilər naziri Qaxda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər. Vergilər Nazirlindən “Olaylar”a verilən məlumata görə, növbəti belə qəbul sentyabr ayının 22-də vergilər naziri Fazil Məmmədov tərəfindən Qax rayonunda Qax, Şəki, Zaqatala və Baləkən rayonlarından olan vətəndaşlar üçün keçirilib.
Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı
Azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun ətrafında həlqə getdikcə daralır. Rusiya İstintaq Komitəsi ona qarşı qiyabi ittiham irəli sürməyə və barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Bu haqda "Rosbalt" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb. Bildirilir ki, Telman İsmayılovun barəsində rəsmi ittihamın irəli sürülməsinə hazırlıq onun qardaşı, sifarişli qətllərdə ittiham edilən Rafiq İsmayılovun işində mühüm şahidin meydana çıxmasıdır. Həmin şahid İsmayılovlar ailəsinə daxil idi və istintaqa İsmayılov qardaşlarının "koptevsk" mütəşəkkil cinayətkar qruplaşmasının liderlərinin seriya qətllərini sifariş etdiyinə dair ifadə verib.
Səlim Müslümov 5 rayonun sakinləri ilə görüşüb
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağcabədi rayonunda həmin rayonun və Bərdə, Tərtər, Ağdam, Laçın rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Müraciətlər əsasən imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial təminat növlərinə hüququn müəyyən olunması, pensiya və sosial sığorta münasibətləri, aktiv əmək bazarı proqramlarına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı olub. Bütün müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.
Azərbaycanın şəhid və qazi övladları Türkiyədə
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycan şəhid və qazi uşaqlarının Türkiyəyə səfəri təşkil olunub. TADDEF-dən “OLAYLAR”-a verilən məlumata görə, Qazilər gününü Çanaqqalada keçirən azərbaycanlı qonaqlar, Iğdır, Uşak, Manisa, Çanaqqala, Eskişehir və Ankarada müxtəlif tədbirlərə qatılıblar. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB sədri Rada Abbasın rəhbərlik etdiyi heyət Ankarada Atatürkün qəbrini ziyarət etdikdən sonra TRT AVAZ-da canlı yayıma qatılıb. TADDEF-in baş katibi Mehmet Gıyas Azeritürk tədbirlərlə bağlı deyib: "Bu, ilk dəfə təşkil olunan ziyarətdir. baxımdan bir çox çatışmazlıqlar var. Qonaqlar bunu bizə bağışlar. Məqsədimiz bu istiqamətdə bir cığır aşmaqdı, bunu da bacardıq. Rada xanım bu barədə düşünürdü və inşallah xəyalları gerçək oldu.
Abşeronda 13 yaşlı oğlan yoxa çıxdı
Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə, ev 3, mənzil 36-da yaşayan 2004-ci il təvəllüdlüCəfərli Ülvi Ruslan oğlu itkin düşüb. Bu barədə itkin düşən Ülvinin atası Ruslan Cəfərli bildirib. O deyib ki, övladı axşam saat 19:00 radələrində müəllim yanına hazırlığa getmək üçün evdən çıxıb: "Gecə evə qayıtmadığına görə, ilk olaraq müəllimi ilə əlaqə saxladıq. O, Ülvinin hazırlığa gəlmədiyini bildirib. Hadisədən dərhal sonra polisə müraciət etdik. Hazırda axtarışlara qohum-qardaşlar da qoşulub".
ADU-da Ülvi Bünyadzadənin anım günü keçirilib
Sentyabrın 22-də Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Şəhid tələbəmizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tədbirin Ü.Bünyadzadənin doğum günü və onun adına təsis edilən auditoriyanın açılışına həsr olunduğunu qeyd edib. “Ülvi ölkəmizin müstəqilliyi uğrunda həyatını düşünərəkdən fəda edən bir azərbaycanlı gəncidir”-deyən K.Abdulla onun xatirəsinin əbədi olaraq qəlbimizə həkk olunduğunu bildirib.
Məktəb direktorları üçün yeni layihə
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə layihəsi olan “Mənim məktəbim” layihəsinə start verilir. “OLAYLAR”-ın İdarəyə istinadən verdiyi xəbərə görə, layihənin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaq, həmçinin, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoymaqdan ibarətdir.
İŞİD-dən azad edilən azərbaycanlı uşaqlarla bağlı tədbirlər görülür
Suriya və İraqda İŞİD-dən azad edilən ərazilərdə tapılan uşaqlarla bağlı bizim qurumda məlumatlar var. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, başqa qurumlar tərəfindən bu məsələnin həlli istiqamətində tədbirlər görülür: "Əminəm ki, bu tədbirlər nəticə verəcək".














