Sosial

Meriya müxalifətin mitinqinə “hə” dedi

5 Oktyabr 2017 15:51

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 7-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb. Məlumata görə, meriya mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

Vergilər Nazirliyindən “Turan” açıqlaması

5 Oktyabr 2017 15:50

Kütləvi informasiya vasitələrində "Turan” İnformasiya Agentliyinin bank hesabına sərəncam qoyulması ilə bağlı məlumatlar yer alıb. Bununla əlaqədar Vergilər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, vergiödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə, onların bank hesablarına Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sərəncam qoyulur.

Bacısını zorladığı üçün atasını öldürən gənc bıçaqlandı - Bir ailənin dramı - VİDEO

5 Oktyabr 2017 15:41

Şirvanda bıçaqlanma hadisəsi baş verib.   Məlumata görə, hadisə oktyabrın 5-də axşam saatlarında şəhərin Fariz Eynullayev küçəsində qeydə alınıb.  Hacıqabul rayonunda məskunlaşan Füzuli rayonunun Mahmudlu-1 kənd sakini, 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsrət Sabir oğlu Şahverənov naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağciyərin bıçaq yarası xəsarəti ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilən 24 yaşlı gənc əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hazırda Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. 

Nazir: Azərbaycandakı sosial-iqtisadi inkişaf regionlarda əhalinin məşğulluğunu artırıb

5 Oktyabr 2017 15:39

Türkiyənin Respublikasının İstanbul şəhərində keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında iştirak edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclas çərçivəsində “Əmək sferasının idarə olunması” mövzusunda keçirilən xüsusi plenar müzakirələr zamanı ölkəmizin əmək bazarında baş verən proseslər və bu proseslərə uyğun olaraq görülən tədbirlər, qarşıda duran hədəflər barədə məlumat verib.

Sumqayıtda 3 otaqlı ev yanıb

5 Oktyabr 2017 15:35

Sumqayıt şəhərində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bağlı qapı arxasında meyit tapılıb

5 Oktyabr 2017 15:34

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün hadisə yerinə cəlb olunmuşlar. 1970-ci il təvəllüdlü Bağırov Elçin Vəli oğlunun cəsədi xilasedicilər tərəfindən mənzildə aşkar edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.

Pambıq tədarükü davam edir

5 Oktyabr 2017 15:32

Oktyabrın 4-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 57 min 179,16 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, ötən bir gündə 624,92 ton pambıq tədarük olunub. Hazırda ölkədə pambıq yığımı davam edir.

Sumqayıtda vətəndaş qəbulu keçiriləcək

5 Oktyabr 2017 15:30

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.12 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Sumqayıt şəhərində saat 10:00-da Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Əmək Nazirliyinin “Çağrı mərkəzləri” 10,6 mindən çox müraciəti cavablandırıb

5 Oktyabr 2017 15:22

Cari ilin sentyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 -“Çağrı mərkəzləri”nə əvvəlki avqust ayı ilə müqayisədə 10,6 % az olmaqla, 10 628  müraciət daxil olub.

Çılpaq müəllim və Nigar Köçərliyə təşəkkür- Ləman Ələşrəfqızı yazır

5 Oktyabr 2017 15:02

Məktəbimizin beş addımlığında poçt idarəsi vardı. Bütün əlamətdar bayramlarda poçtun müdiri Paşa dayı ən müxtəlif “otkrıtka”lar gətirər və türklər demiş, bizi paşa-paşa sevindirərdi. Bu xüsusilə Yeni il, 8 mart və 23 fevral ərəfəsi olardı. Poçtun bapbalaca otağı şagirdlərlə dolub-daşardı. Hamı açıqcanın ən gözəlini seçməyə çalışardı. Cəmi 20 qəpiklik sevinc bəxş edərdik o gün müəllimlərimizə. Hərçənd, açıqcaya yazdığımız təbrik sözləri də ürəyimizdən keçən səmimi sözlər deyildi, hamının yazdığı şablon tekst idi.

Bakıda 6 dilənçi saxlanıb

5 Oktyabr 2017 14:50

Paytaxt Bakıda dilənçiliklə məşğul olan 6 nəfər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail rayonu ərazisində dilənçiliklə məşğul olan 6 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb. 

"Nömrəsi də yoxdur ki, zəng edəm" - Vaqif Əsədovdan Pərvin Abıyeva açıqlaması

5 Oktyabr 2017 14:29

Aktrisa Pərvin Abiyevanın 99 EP 333 dövlət qeydiyyat nişanlı, "Porsche" markalı avtomobili hərəkətdə olarkən, üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol-Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb və cərimə meydançasına aparılıb. Araşdırma zamanı avtomobilin sığortalanmadığı və ödənilməyən bir-neçə cəriməsinin olduğu aşkarlanıb.

İctimai işlər kimlərə tətbiq oluna bilməz?

5 Oktyabr 2017 14:15

Azərbaycan hüquq və demokratik cəhətdən inkişaf etdikcə, beynəlxalq aləmin, dünya birliyinin ayrılmaz bir hissəsinə çevrildikcə bir sıra qanunvericlik aktlarının da zaman-zaman müasirləşdirilməsinə, onları günün tələblərinə uyğunlaşdırılmasına cidi ehtiyac yaranır.

Sabah hava yenə...

5 Oktyabr 2017 14:10