Sosial

Binəqədidə “5 oktyabr –Beynəlxalq Müəllimlər Günü” qeyd edilib

5 Oktyabr 2017 17:47

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin birgə təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azad Həmkarlar İttifaqının Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Binəqədi Rayon “Ziyalılar” cəmiyyətinin sədri Asəf Zamanov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva və rayonda fəaliyyət göstərən məktəb və bağçaların müəllim - rəhbər heyəti iştirak etdilər.

Kamran Əliyev Beynəlxalq Anti-Korrupsiya Akademiyasının tədbirinə qatılıb

5 Oktyabr 2017 17:42

Oktyabrın 2-dən 4-dək Misir Ərəb Respublikasının Şarm El Şeyx şəhərində Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA) Üzv Dövlətləri Assambleyasının 6-cı sessiyası keçirilib. Baş Prokurorluqdan “Olaylar”a verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi Baş İdarənin, Xarici İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. Sessiyada çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, Baş İdarənin və “ASAN xidmət” mərkəzlərinin korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınmasında rolu, həmçinin ölkəmizlə IACA arasında ikitərəfli münasibətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, Azərbaycan Respublikasının bu sahədə əldə etdiyi uğurları qeyd edib.

Bilik Fondu Cocuq Mərcanlıda müəllimləri təbrik etdi

5 Oktyabr 2017 17:40

Oktyabrın 5-də Bilik Fondunun təşkilatçılığı ilə alimlər, jurnalistlər, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Olaylar bildirir ki, səfər çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib.

“Gender və İnsan Hüququ” Araşdırma Birliyinin seminar-treninqi

5 Oktyabr 2017 17:33

Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Şurasının dəstəyi ilə “Gender və İnsan Hüququ” Araşdırma Birliyi tərəfindən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi” mövzusunda seminar-treninq keçirilib.

Nazirdən pensiyalarla bağlı AÇIQLAMA: "İlin sonunadək..."

5 Oktyabr 2017 17:32

"Əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi ilə bağlı layihə ilin sonunadək Prezident Administrasiyasına təqdim olunacaq". Bunu  açıqlamasında İstanbulda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

“Azəravtoyol” Mehdi Abbasov küçəsinin çökməsinə aydınlıq gətirdi- VİDEO

5 Oktyabr 2017 17:23

“Azəavtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Nizami rayonu Mehdi Abbasov küçəsində baş vermiş çökmə hadisəsinə aydınlıq gətirib. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, bəzi xəbər saytlarında hadisə ilə bağlı məlumat elə təqdim olunub ki, guya yol yeni salınıb və üztəlik keyfiyyətsiz! Bu üzdən yağışlardan sonra yol çöküb: “Məlumat üçün bildirmək istəyirəm ki, sözgüdən küçə 50-60 il bundan öncə, həmin ərazidə yaşayış binaları inşa edilərkən salınıb.

Bakının bu parkı da "Pulsuz WiFi"-la təmin olundu

5 Oktyabr 2017 17:19

"Baktelecom" "Pulsuz WiFi" zonalarının sırasına daha birini əlavə edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  verilən məlumata görə, bu gündən etibarən "Dədə Qorqud" parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər.

Müstəqil dövlətin azad mətbuatı

5 Oktyabr 2017 16:35

Müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi media, kütləvi informasiya vasitələri ilə iş sahəsində də həyata keçirilən tədbirlər, görülən işlər, qazanılan uğur və nailiyyətlər bu gün Azərbaycan mediasının müstəqil şəkildə fəaliyyət göstərməsini şərtləndirən başlıca amillər olub. Məhz ötən illər ərzində bu istiqamətdə atılan məqsədyönlü addımların nəticəsidir ki, bu gün Azərbaycan mətbuatı, kütləvi informasiya vasitələri tam demokratik bir mühitdə fəaliyyət göstərir, ölkədə fikir və söz azadlığının təmin olunmasına öz töhfələrini verirlər.

“Hindistan etnoqrafiyası” kitabı təqdim olundu

5 Oktyabr 2017 16:30

Oktyabrın 5-də  Dillər Universitetində  universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Regionşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyevin ikicildlik “Hindistan etnoqrafiyası” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Olaylarbildirirki, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva etnoqrafiya sahəsinə dəyərli töhfə olan “Hindistan etnoqrafiyası” kitabının müəllifinə dərin minnətdarlığını bildirib.

Model Leylanın ölümünə görə həbs olunduğu deyilən həkim EFİRƏ ÇIXDI

5 Oktyabr 2017 16:27

Əməliyyatdan sonra həyatını itirən 22 yaşlı azərbaycanlı model Leyla Oruclunun həkimi Sirus Qoçxaninin həbs xəbəri son günlərin ən çox yayılan məlumatları arasında idi.  İki gün öncə "Bu bizik" verilişinin aparıcısı Tolik Sirus Qoçxaninin həbs xəbərini açıqladıqdan sonra məlumat təsdiqini tapmamışdı. 

Azərbaycanda İİV-ə homoseksual yolla yoluxanların sayı artıb

5 Oktyabr 2017 16:25

"Son 3 ildə Azərbaycanda İİV-ə (İnsanda İmmunçatışmazlığı Virusu) homoseksual yolla yoluxanların sayı artıb". Bunu Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİCS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. 

Deputat Ağacan Əbiyev: “İslam dini hansı bir elmi kəşfə imza atdı?”

5 Oktyabr 2017 16:11

Milli Məclisin deputatı Ağacan Əbiyev mediaya müsahibəsində İslam dini haqqında qalmaqallı fikirlər səsləndirib. “Azərbaycan 24 xəbər” bildirir ki, dini təhsilə qarşı çıxan millət vəkili xaricə tələbələrin yalnız yeni texnologiyaları öyrənmək üçün göndərilməsinin tərəfdarı olduğunu deyib: “Bizə uyğun, millətimizə yaraşan həqiqi dini camaata çatdırmaq üçün elə Azərbaycanda təhsil almaq olar. Hesab edirəm ki, islamı heç də dindarlardan, ilahiyyatçılardan az bilmirəm. Amma bu o demək deyil ki, mən gedib dini təhsil, ilahiyyat təhsili verməliyəm.

Dövlət bütövlükdə cəmiyyətin intellektual potensialının artmasını hədəfləyib

5 Oktyabr 2017 15:59

«Müasir dövrün aktual çağırışları sırasında təhsilə, elmi inkişafa, iqtisadiyyatda innovasiyaların tətbiqinə verilən önəm xüsusi yer tutur ki, bu da təsadüfi deyil. Çünki, ölkələrin inkişaf səviyyəsi təbii resursların həcmi ilə deyil, cəmiyyətin intellektual potensialı,  texnoloji yeniliklərin tətbiqi ilə ölçülür». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə,  bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva səsləndirib.

Beynəlxalq Müəllimlər Günü qeyd edilib

5 Oktyabr 2017 15:58

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbirlər keçirilib. Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər, bədii qiraət gecələri təşkil edilib. Həmçinin, "Ən yaxşı açıqca və ən sevimli müəllim", “Müəllimlərə arzularım”, “Mənim sevimli müəllimim”, “Səndən öyrəndim” kimi rəsm, şeir, inşa, video müsabiqələri də həyata keçirilib.