Sosial
Maraqlı iddia: Təmiz şəraitdə yaşayan uşaqların immuniteti zəif olur
Təmizlik və gigiyena uşağın sağlamlığı üçün olduqca vacib olan amillərdir. Bunu bütün analar bilir. Məhz bu səbəbdən əksər analar evini, uşağa aid olan hər bir şeyi steril saxlamaq üçün əlindən gələni edirlər.
Xəbərdarlıq: Qızdırması olan uşaqlara bunları etməyin!
Bir çoxumuz qızdırmalı uşağa yanaşma mövzusunda təxmini məlumatlara sahibik. Bir az da ordan-burdan eşitdiyimiz məlumatlarla hərəkət edirik ki, bu da bəzən temperaturun daha da yüksəlməsinə səbəb olur. Temperatur zamanı necə etməli, hansı vasitələrə əl atmalı kimi məsələlər haqqında isə hər birinizə ümumi məlumatlar lazımdır.
İnsan gündə neçə qaşıq şəkər qəbul edə bilər?
İnsanın gündə neçə çay qaşığı şəkər qəbul etməsi barədə fikirlər, zaman zaman müzakirə mövzusu olub.1990-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən şəkərə olan gündəlik normalar təyin olunub.
İnanc, psixoloji pozuntu, ya qorxu... – Mavi daş bizi qoruyurmu?
Ta qədimdən bəri insanlar kəm gözlərdən, pis baxışlardan qorunmaq üçün göz muncuğundan istifadə edirlər. Hətta insanlar evlərini və iş yerlərini, avtomobillərini qoruması üçün böyük göz muncuqları alırlar. Üstəlik uşaqların da paltarına nəzərdən qorumaq üçün göz muncuğu taxırlar. Bir müddət öncə mətbuatda yer alan bir xəbərə görə, 6 aylıq uşaq üzərinə sancılmış sancaqla birlikdə göz muncuğu və dini duanı udmuşdu. Nəticədə yad cisim uşağın qida borusunda ilişib qalmış, yalnız həkimlərin müdaxiləsindən sonra körpənin həyatı xilas edilmişdi.
Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSULLAR
Dünya əhalisinin 65%-də göz xəstəliklərinə rast gəlinir. Risk qrupuna təkcə ahıl yaşında olan pensiyaçılar daxil deyil. Görmə problemləri ilə daha çox gənclər, hətta körpə uşaqlar da üzləşir.
Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? - İllərə görə 2018-ci ilin ULDUZ FALI
Yeni il - yeni imkanlar deməkdir. Bəs qarşıdan gələn Sarı İt ilində digər illər altında dünyaya gələnləri nə gözləyir?
Azərbaycana gətirilən qızılgül və qərənfilə yeni gömrük idxal rüsumu tətbiq olunacaq
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qızılgül və qönçələrlə bağlı tətbiq ediləcək yeni gömrük idxal rüsumları məlum olub. Məlumata görə, bu,Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Yol polisi kəmər bağlamayan 1885 sərnişinə cərimə kəsib
“Bu il ərzində 1885 sərnişin təhlükəsizlik kəməri bağlamadığına görə inzibati məsuliyyətə cəlb olunub”. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi
“Noyabr ayının 13-dən etibarən avtomobilinin dövlət qeydiyyat nişanında defis işarəsinin pozulmasına görə 133 sürücü inzibati məsuliyyətə cəlb olunub”.
Valeh Ələsgərov: “Hökumət büdcəyə görə məsuliyyət daşıyır”
“Büdcədə neftin qiymətini artırsaq, büdcənin gəlir hissəsini artıra bilərikmi? Fikrimcə, büdcədə neftin qiymətinin 45 dollardan götürülməsi düzgün qərardır. Neftin qiymətini yüksək götürən beynəlxalq qurumlar dedikləri proqnozlara məsuliyyət daşıyırlarmı? Onların verdiyi proqnozların yerinə yetirilməsinə kim məsuliyyət daşıyacaq?”.
Deputat: “Banklara zəng edib seçicilərimizin kreditlərinə görə yalvarırıq”
Millət vəkili Qənirə Paşayeva banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb. “Olaylar” xəbər verir ki, deputat vətəndaşlara borcun qaytarılması üçün vaxt verilməsini xahiş edib: "Devalvasiya vətəndaşlarımıza da ciddi ziyan vurdu. Dollarla kredit götürən bir çox sadə vətəndaşların kreditlərinin qaytarılmasında ciddi problemlər yaranıb.
Ziyafət Əsgərov: “Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”
“Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı I vitse-spiker Ziyafət Əsgərov deyib.
Azərbaycanda yaşayan ermənilərin sayı açıqlanıb
AMEA Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə elmi seminar keçirilib. İnstitutdan verilən məlumata görə, seminarda institutun İnsan coğrafiyası istiqamətinin rəhbəri, Zakir Eminov “Müstəqillik illərinin əsas nailiyyətləri: iqtisadi-coğrafi və demoqrafik aspektlər” mövzusunda məruzə edib.
Ali hərbi məktəbdə dini maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanan “Tədbirlər Planı”na əsasən Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Deputatdan maliyyə amnistiyası təklifi
Milli Məclisdə Azərbaycanda maliyə amnistisiyasının elan edilməsi təklif olunub. “Olaylar” xəbər verir ki, büdcə müzakirələrində çıxış edən Tahir Kərimli bildirib ki, bu məsələni uzatmaq lazım deyil: “Biz gözləyirik ki, nə vaxtsa varlı insanlar cəzalandırılacaq.














