Sosial

ANS-in tanınmış aparıcısı Almaniyadan sığınacaq istədi - FOTO

24 Noyabr 2017 09:39

Tanınmış aparıcı Tünzalə Rafiqqızı Azərbaycandan birdəfəlik getməsi ilə bağlı məlumat paylaşıb. Aparıcı verdiyi qərar barədə özünün sosial səhifəsində yazıb: “Diqqət! Diqqət! Əziz dostlar son iki gündə mənə ünvanlanan çoxsaylı suallara cavab olaraq mən – Zeynalova Tünzalə Rafiq qızı sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təzyiqlər və sonra qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gəlib bu hökumətdən sığınacaq istəməyə vadar etdi. Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, mən buna məcbur idim.Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim!

Saatlıda zəlzələ

24 Noyabr 2017 09:15

Mövsüm trendi: Yun və geniş vodolazkalar

23 Noyabr 2017 19:39

Vodolazkaların yumşaq, isti və yun olması bu payız sviter seçimində əsas meyarlardır. Rahat və şıq görüntü yaratmaq üçün onları istər uzun və qısa yubkarlarla, istər klassik, istərsə də cins şalvarlarla geyinə bilərsiniz.

Tovuzda Bilik Fondunun təlimlər davam edir

23 Noyabr 2017 19:31

Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi davam edir. Olaylar.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti və Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlərin iştirakı ilə keçirilən mühazirələr və təlimlər televiziya verilişlərinin yayım şirkətlərinin əməkdaşları olan dinləyicilərin böyük marağına səbəb olur. Növbəti tədbirlər Tovuz rayonunda gerçəkləşib.

27 yaşlı qadın bit dərmanı içdi ki ölsün, amma…

23 Noyabr 2017 19:27

Tovuzda 27 yaşlı qadın canına qəsd edib. Hadisə bu gün baş verib. Rayonun İbrahim Hacılı kənd sakini, 1990-cı il ətvəllüdlü Abdullayeva Ayten Vaqif qızı evlərində bit dərmanı içib. Qadın təcili xəstəxanaya çatıdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Almaniyalı alimə dəvətli professoru adı verilib

23 Noyabr 2017 19:19

Noyabrın 23-də Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmana Azərbaycan Dillər Universitetinin dəvətli professoru adı verilib. Olaylar.az bildirir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla məşhur alman ədəbiyyatşünası, alimi, dünya mədəniyyətinin bilicisi Z.Hartmanı universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Professorla təxminən 10 il bundan öncə başlayan tanışlıqlarından danışan K.Abdulla onunla Azərbaycan və Almaniya ədəbiyyatı və mədəniyyəti üçün faydalı olacaq layihələr həyata keçirilməsi üçün bir araya gəldiklərini söyləyib.

Əl-ayağı daim soyuq olanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik ola bilər

23 Noyabr 2017 18:53

Havalar soyuduqca insan orqanizmi də təbii olaraq üşüyür. Buna görə də qalın geyinir, istilik sistemlərini işə salırıq ki, bədənimiz qızınsın. Amma elə insanlar var ki, daim əl və ayaq nahiyələri buz kimi soyuq olur. Hətta nə qədər əlcək taxsalar, corab geyinsələr belə... Bəs görəsən bu hal normaldırmı? Əl və ayaqların daim soyuq olması hansı xəstəliyin göstəricisi ola bilər?

Azərbaycanda fikir, söz və məlumat, ifadə azadlığının təmin edilməsi istiqamətində mövcud olan vəziyyət qaneedicidir

23 Noyabr 2017 18:32

Nəzərə alsaq ki, Azərbaycan dövləti və onun prezidenti ölkəmizin demokratik cəmiyyətin bir üzvü olmasını qarşıya başlıca məqsəd qoyub və bu istiqamətdə davamlı addımlar atır, o zaman tam əminliklə deyə bilərik ki, bəli ölkəmizdə qeyd etdiyiniz başlıca demokratik prinsiplər, fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm ən yüksək səviyyədə təmin edilir, bu prinsiplərin daha da inkişaf etdirilməsi, eyni zamanda cəmiyyət tərəfindən də qəbul edilməsi üçün davamlı və sistemli şəkildə iş aparılır, addımlar atılır.

Bakıda çimərlikləri çirkləndirən 52 fiziki, hüquqi və vəzifəli şəxs məsuliyyətə cəlb olunub

23 Noyabr 2017 18:18

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar-mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədi ilə tədbirləri davam etdirir.

Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib

23 Noyabr 2017 18:17

"Ermənistana aid kütləvi informasiya vasitələrində bu ölkənin Müdafiə Nazirliyinə istinadən yayılmış məlumata əsasən, 23 noyabr 2017-ci il tarixdə Ermənistan - Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlandığı bildirilib". 

Hesablama Palatası Gənclər və İdman Nazirliyində yoxlamaların nəticələrini açıqlayıb

23 Noyabr 2017 18:15

İdmançılara göstərilməli olan tibbi xidmətlərlə bağlı normativ sənədlərin hazırlanmadığı üzə çıxıb. Hesablama Palatası Gənclər və İdman Nazirliyində aparılan yoxlamaların nəticələrini açıqlayıb. Məlumata görə, auditGənclər və İdman Nazirliyi üzrə ümumilikdə 37203,5 min manat məbləğində vəsaiti əhatə edib.

Göyçayda piyadanı vurub qaçan sürücünün kimliyi müəyyən edilib

23 Noyabr 2017 17:55

Göyçayda piyadanı vurub qaçan sürücünün kimliyi müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, noyabrın 21-də Göyçay RPŞ-yə rayon mərkəzi xəstəxanasından Potu kənd sakini Cavad Kərimovun naməlum avtomobil tərəfindən vurulması nəticəsində xəsarət alması ilə bağlı məlumat daxil olub.

Tovuzda 27 yaşlı qadın bit dərmanı içdi ki ölsün, amma...

23 Noyabr 2017 17:52

Tovuzda 27 yaşlı qadın canına qəsd edib. Hadisə bu gün baş verib. Rayonun İbrahim Hacılı kənd sakini, 1990-cı il ətvəllüdlü Abdullayeva Ayten Vaqif qızı evlərində bit dərmanı içib. Qadın təcili xəstəxanaya çatıdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar aparılır. A. Abdullayevanın ailə münaqişəsi zəminində intihara cəhd etdiyi bildirilir. 

Qanunsuz ağac emalı sexləri aşkarlandı

23 Noyabr 2017 17:21

Meşə sahələrindən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması barədə müxtəlif yuxarı instansiyalara və Nazirliyə çoxsaylı şikayətlərin daxil olması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində 70 nəfərdən ibarət geniş tərkibli komissiya yaradılıb. Komissiya tərəfindən Oğuz və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin (MMBM) ərazilərində meşələrin qorunub mühafizə edilməsi vəziyyəti kompleks araşdırılıb və regionlarda reydlər keçirilib.