ANS-in tanınmış aparıcısı Almaniyadan sığınacaq istədi - FOTO

Tanınmış aparıcı Tünzalə Rafiqqızı Azərbaycandan birdəfəlik getməsi ilə bağlı məlumat paylaşıb. Aparıcı verdiyi qərar barədə özünün sosial səhifəsində yazıb: “Diqqət! Diqqət! Əziz dostlar son iki gündə mənə ünvanlanan çoxsaylı suallara cavab olaraq mən – Zeynalova Tünzalə Rafiq qızı sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təzyiqlər və sonra qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gəlib bu hökumətdən sığınacaq istəməyə vadar etdi. Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, mən buna məcbur idim.Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim!

Tanınmış aparıcı Tünzalə Rafiqqızı Azərbaycandan birdəfəlik getməsi ilə bağlı məlumat paylaşıb.

Aparıcı verdiyi qərar barədə özünün sosial səhifəsində yazıb:

"Diqqət! Diqqət! Əziz dostlar son iki gündə mənə ünvanlanan çoxsaylı suallara cavab olaraq mən - Zeynalova Tünzalə Rafiq qızı sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təzyiqlər və sonra qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gəlib bu hökumətdən sığınacaq istəməyə vadar etdi. Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, mən buna məcbur idim.Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim!

Mən 40 illik həyatımı, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim! Allahdan özümə və mənim vəziyyətimdə olanlara səbr diləyirəm!"

Qeyd edək ki, BDU-nun Jurnalistika fakultəsini bitirən Tünzalə Rafiqqızı jurnalistik fəaliyyətinə 1995-ci ildən başlayıb və müxtəlif dövlət orqanlarında çalışıb. 2012-ci ildə isə ANS-də iqtisadiyyat xəbərlərinə aparıcılıq edib. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31